Əlaqə Arxiv
news Image
2017.05.06
12:00
| A A A
Prezident köməkçisi: BMT sanksiyaların həyata keçirilməsi üçün iradə göstərsə, işğal altındakı torpaqlar azad olar

BMT Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı 4 qətnamə çıxarıb. Amma Ermənistanın öz yanaşması var və onu BMT Təhlükəsizlik Şurasında dəstəkləyən ölkələr var.Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qütbləşmə dövründə inklüziv dialoq” mövzusunda panel sessiyada sualları cavablandırarkən deyib.

O qeyd edib ki, himayədarları Ermənistana qarşı vaxtında sanksiyaların tətbiq olunmasına imkan vermirlər: “BMT verdiyi sanksiyanın bir gündə həyata keçirilməsi üçün ortaya iradə qoysa, işğal altındakı torpaqlar azad olar”.

Sizin Reklam Yeriniz