news Image
2017.05.06
11:29
| A A A
Novruz Məmmədov: Azərbaycanın qaçqın probleminin necə yaranması heç kəsi maraqlandırmır

"Müzakirə olunan problemlərin həlli üçün münbit şərait yaradılmalıdır. Buna mane olurlarsa, bu tədbirlərin mənası olmayacaq".

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq yolu ilə sülh münasibətlərinin inkişaf etdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.

O qeyd edib ki, son illər Azərbaycanın gördüyü işlər heç bir dövlət tərəfindən edilməyib: “Bu forumun da çox böyük əhəmiyyəti var. Amma müzakirə olunan problemlərin həlli üçün münbit şərait yaradılmalıdır. Buna mane olurlarsa, bu tədbirlərin mənası olmayacaq”.

N.Məmmədov bildirib ki, Azərbaycan 1 milyon qaçqınla müstəqil dövlət qurub: “Bu qaçqın probleminin necə yaranması isə heç kəsi maraqlandırmır. Azərbaycanın torpaqları 25 ildən artıqdır işğal altındadır. Lakin heç bir dövlət bununla bağlı konkret mövqe bildirmir. 20- 30 il əvvəlki sənədlər arxivə qoyulur. Böyük dövlətlər öz aralarında problemləri həll etməyə çalışırlar, kiçik dövlətlər isə 1 aydan sonra nə baş verəcəyini gözləyirlər? Ancaq bir adam belə hələ də həqiqət uğrunda çalışırsa, deməli optimist olmağa dəyər. Ətraflı yanaşma olmasa, beynəlxalq hüquq mümkün deyil. Belə olmasa, dünyada gərginliklə davam edəcək”.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs