Əlaqə Arxiv
news Image
2017.05.08
11:12
| A A A
Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına diplomatik pasport veriləcək

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar.
Movqe.az-ın  APA-ya istinadən məlumatına görə, bununla bağlı “Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilir.
 
Təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək.
 
Layihə plenar iclasa tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

Sizin Reklam Yeriniz