news Image
2017.05.08
17:05
| A A A
Prezident İlham Əliyev görkəmli alim, akademik Rəfiqə Əliyevanın hüzr mərasimində iştirak edib (FOTO)

Mayın 8-də Heydər Məscidinə tanınmış kimyaçı alim, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyevanın hüzr mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev hüzr mərasimində iştirak edib.

Mərasimdə mərhumun ruhuna “Quran” ayəsi oxundu.

Akademik Rəfiqə Əliyeva ölkəmizdə kimya elminin inkişafına mühüm töhfələr verib. Onun rəhbərliyi altında çox önəmli elmi tədqiqat işləri aparılıb. Bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olan Rəfiqə Əliyeva 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib. Ömrünün böyük hissəsini Bakı Dövlət Universiteti ilə bağlayaraq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə Əliyeva ölkəmizdə analitik kimya sahəsində yeganə qadın akademikdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs