news Image
2017.05.09
11:15
| A A A
"Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilib

Prezident İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, əsasnaməyə aşağıdakı məzmunda 8.5-1-ci bənd əlavə edilsin:

“8.5-1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti:

8.5-1.1. xaricə daimi yaşamağa getmək hüququ “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılmış dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları və ya sabiq əməkdaşları haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;

8.5-1.2. kəşfiyyat tədbirlərinin həyata keçirilməsi məqsədi ilə məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;

8.5-1.3. Sistemdə tətbiq olunan informasiya mühafizə, o cümlədən şifrləmə vasitələrinə aid təkliflərin verilməsi;

8.5-1.4. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi ilə bağlı rəylərin Sistemə daxil edilməsi;

8.5-1.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq, readmissiya üzrə sorğuların, onlara əlavə olunan məlumatların, habelə verilən cavabların informasiya resursunun formalaşdırılmasında və identifikasiya-sorğu işində iştirak edilməsi;

8.5-1.6. şəxsin başqa fərdi məlumatlarla pasport, şəxsiyyət vəsiqəsi, digər sərhədkeçmə və şəxsiyyəti təsdiq edən sənədi almaq, belə sənədlərdən istifadə etmək cəhdlərinin aşkarlanması işlərinin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilməsi və müvafiq məlumatların Sistemə daxil edilməsi;

8.5-1.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq, sistemdaxili audit fəaliyyətinin həyata keçirilməsi.”.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs