news Image
2017.05.09
14:39
| A A A
Bolqarıstan KİV: Multikulturalizm Azərbaycanın üstün və qiymətli cəhətlərindən biridir (FOTO)

5-6 may tarixlərində Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bolqarıstan mediasında geniş işıqlandırılıb.

 Movqe.az-ın məlumatına görə, Bolqarıstan KİV-də yer alan məqalələrdə Şərqlə Qərb və Şimalla Cənubun kəsişməsində müxtəlif mədəniyyət və sivilizasiyaların üzləşdiyi unikal məkanda yerləşən Azərbaycan haqqında tolerantlıq nümunəsi kimi bəhs edilib, multikulturalizmin ölkəmiz üstün və qiymətli cəhətlərdən biri olduğu qeyd edilib.

Bolqarıstanın aparıcı mətbu orqanı olan “Стандарт” qəzeti, “Фокус” və “Cross” informasiya agentlikləri, www.novinite.com internet xəbər portalları tərəfindən Forum haqqında ingilis və bolqar dillərində məqalələr dərc edilib. Məqalələrdə iki ildən bir keçirilən bu forumun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü olan və 2008-ci ildə təsis edilmiş mədəniyyətlərarası dialoqun təşviqi üçün “Bakı Prosesi”-nin bir hissəsi olduğu əks olunub, “Bakı Prosesi” çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Forum çərçivəsində inam azadlığı, bərabər imkanlar, uğurlu idarəetmə, eləcə də müxtəlifliyə qarşı tolerantlıq və hörmətə əsaslanan cəmiyyətlərin formalaşdırılması yollarının müzakirə olunduğu qeyd edilib.

Dövlət başçıları, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, siyasətçilər, ekspertlər, sülhməramlı səfirlər, jurnalistlər, görkəmli ziyalılar və fəalları bir araya gətirən bu Forumun mədəniyyətlərarası dialoqun əhəmiyyətinin dünyaya yayılması, xalqlar arasında müxtəliflik, dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsi istiqamətində insanlar, ölkələr və təşkilatlar tərəfindən konkret addımların atılması üçün imkan yaradacaq və bunu təşviq edəcək beynəlxalq platformaya çevriləcəyi bildirilib.

Tolerantlıq və multikulturalizmin dərin köklərinə malik olan ölkə kimi Bolqarıstanın da öncəki tədbirlərdə ənənəvi olaraq yüksək səviyyədə təmsil olunduğu qeyd edilib, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da Bolqarıstan nümayəndə heyətinin iştirak etdiyi bildirilib.

Bolqarıstanın www.mediapool.bg xəbər saytında “Azərbaycan Prezidenti multikulturalizmin müdafiəsində” adı altında dərc olunmuş məqalədə də Forum haqqında bəhs edilib, Prezident İlham Əliyevin forumun açılışında iştirak etdiyi və iştirakçıları müxtəlif mədəniyyətlərinin birgə sülh içində yaşaya bildiyinin real olduğunu sübut etmək üçün birgə səylərin göstərilməsinə çağırdığı əks olunub.

Qeyd olunmalıdır ki, sözügedən forumda iştirak etmək məqsədilə Azərbaycana səfər edən Bolqarıstan nümayəndə heyətinə ölkənin Vitse-prezidenti İliyana Yotova başçılıq edib. Səfər çərçivəsində İ.Yotova Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən qəbul edilib, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ilə görüş keçirib, Bakı Slavyan Universitetini ziyarət edib və Azərbaycan-Bolqarıstan Ticarət-Sənaye Palatasının açılışında iştirak edib.

Bolqarıstan nümayəndə heyətinin ölkəmizə səfəri də Bolqarıstan kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. “24 Часа”, “Труд” qəzetləri, “БГНЕС” informasiya agentliyi, www.standartnews.com, www.novini.bg və www.trud.bg xəbər portalları tərəfindən səfər haqqında bolqar dilində ətraflı məlumat dərc edilib.Trend

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs