Əlaqə Arxiv
news Image
2017.05.09
16:19
| A A A
Rusiyada 9 May belə qeyd olundu - FOTOLAR


Rusiyada Faşizm üzərində qələbənin 72-ci ildönümü keçirilib.
9 may "Qələbə Günü" Rusiyanın paytaxtı Moskvada təntənəli şəkildə qeyd olunub. Qızıl Meydanda keçirilən paradda 10 min əsgər, 114 hərbi texnika yer alıb.

Movqe.az xəbər verir ki, yerli vaxtla saat 10:00-da başlayan parad 3 hissədən ibarət olub. Piyada yerişi, zirehli texnikanın keçidi və hərbi helikopterlərin uçuşu ilə nəzərdə tutulan mərasim mənfi hava şərtləri səbəbindən erkən başa çatıb.

Rusiya prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsi veteranları ilə görüşüb. Mərasimdə dövlət başçısı bir dəqiqəlik sükutla müharibədə ölən əsgərlərin xatirəsini yad edib.
Sonda prezident Vladimir Putin Rusiya xalqını "Qələbə Günü" münasibətilə təbrik edib: 

"Nasizmin qanlı siyasəti Sovetlər Birliyi sayəsində başa çatıb. Müharibədə milyonlarla insan həlak olub. Bütün bunlara baxmayaraq, Rusiya xalqını kölələşdirən bir qüvvə mövcud olmayıb, bundan sonra da olmayacaq. Avropa və bütün dünyanın azadlığı bizim babalarımız və ulu babalarımız sayəsində qazanılıb. Rus Silahlı Qüvvələri hər cür təhdidə laiqli cavab vermək gücünə sahibdir".

mənbə: sputnik.az

Rusiyada 9 May belə qeyd olundu - FOTOLAR
Rusiyada 9 May belə qeyd olundu - FOTOLAR
Rusiyada 9 May belə qeyd olundu - FOTOLAR
Rusiyada 9 May belə qeyd olundu - FOTOLAR
Rusiyada 9 May belə qeyd olundu - FOTOLAR
Rusiyada 9 May belə qeyd olundu - FOTOLAR
 

Sizin Reklam Yeriniz