news Image
2017.05.10
15:36
| A A A
İlham Əliyev Koreyanın yeni Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-ini təbrik edib.

Movqe.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Koreya Respublikasının Prezidenti vəzifəsini tutmaq üçün keçirilən seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən Koreya Respublikası ilə ikitərəfli və çoxtərəfli əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verirəm. Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlər ötən illər ərzində çoxşaxəli və dinamik xarakter almışdır. Dost ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığımızın müxtəlif sahələrdə, xüsusilə də siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə uğurlu inkişafı diplomatik münasibətlərimizin 25 illik dövrünü səciyyələndirir.

İnanıram ki, birgə səylərimizlə ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrini xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra daha da möhkəmləndirəcək və genişləndirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya xalqına daim sülh və rifah arzulayıram".