news Image
2017.05.11
17:46
| A A A
Polad Bülbüloğlu ermənilərin Moskvada azərbaycanlılara təxribatını Rusiya XİN-də qaldırıb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşüb.

Rusiya XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş səfirin xahişi ilə baş tutub. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələlərinə dair müzakirələr aparılıb.

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, Polad Bülbüloğlu mayın 9-da Moskva və Sankt-Peterburq şəhərlərində Qələbə günü ilə bağlı keçirilən “Ölməz alay” («Бессмертный полк») yürüşü zamanı erməni diasporunun törətdiyi təxribatı nazir müavininin diqqətinə çatdırıb.

Səfir gələcəkdə belə halların baş verməməsi üçün müvafiq tədbirlər görülməsini istəyib.

Q. Karasin məsələni diqqətdə saxlayacağını deyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs