Əlaqə Arxiv
news Image
2017.05.11
16:44
| A A A
Erməni əsgər hərbçi yoldaşını güllələdi

Ermənistanın İstintaq Komitəsində ötən gün döyüş mövqeyində cəsədi aşkar edilən kiçik çavuş Qaqik Aruşi Mesropyanın ölümü ilə bağlı cinayət işi açılıb. Movqe.az erməni KİV-nə istinadən xəbər verir ki, dünən səhər saat 08:40 radələrində Ermənistanın Müdafiə Nazirliyinə məxsus döyüş mövqelərindən birində silahdan açılan atəş nəticəsində Qaqik Mesropyan güllə yarası alıb. O, hospitala aparılarkən yolda ölüb. 

İlkin araşdırma zamanı məlum olub ki, erməni hərbçi əsgər yoldaşı tərəfindən güllələnib. Adı açıqlanmayan şəxs artıq həbs olunub. 

Faktla bağlı istintaq davam etdirilir.

Qeyd edək ki, erməni KİV-lərində Qaqik Aruşi Mesropyanın silahdan ehtiyatsız davranma nəticəsində öldüyü haqda məlumat yayılmışdı.

Sizin Reklam Yeriniz