news Image
2017.05.12
12:39
| A A A
3 SENTYABR - İslam ölkələri üçün ortaq gün təsis edildi

Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Nazirləri Konfransının Daimi Şurasının iclası keçirilib.

Movqe.az-ın trend-ə istinadən məlumatına görə, İƏT-ə üzv ölkələrin Gənclər və İdman Nazirlərinin (GİN) 2016-cı ildə İstanbulda keçirilən 3-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, növbəti - 2018-ci ildə keçiriləcək İƏT GİN 4-cü Sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Eyni zamanda, İƏT Gənclər və İdman Nazirləri Şurasının Daimi Katibliyi olaraq İƏT Gənclər Forumu çıxış edəcək.

İclasda İƏT GİN 3-cü sessiyasında qəbul edilmiş qərarların icrası qrafiki, gələn il Bakıda keçiriləcək İƏT GİN Konfransının 4-cü sessiyasına hazırlıq işləri, İslam Həmrəyliyi Oyunları və s. məsələlər müzakirə olundu. İclasda eyni zamanda, Bakıda keçirilən “İƏT Modeli Gənclər Zirvəsi”ndə İƏT ölkələri ortaq Gənclər Gününün təsis edilməsi ilə bağlı irəli sürülən layihə də müzakirəyə çıxarıldı. Həmin təşəbbüs yüksək qiymətləndirilərək İƏT ortaq Gənclər Gününün təsis edilməsi ilə bağlı qərar qəbul edildi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı və Türkiyənin hazırki Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə 2006-cı il 3 sentyabrda İstanbulda keçirilmiş İƏT Gənclər Forumunun təsis gününün, İƏT Gənclər Günü olaraq elan edilməsi təklifi dəstəkləndi. İclasda 3 sentyabr İslam ölkələri ortaq Gənclər Günü olaraq təsis edildi.

Qərara alındı ki, yeni təsis edilən İƏT Gənclər Gününün 2017-ci ildə İƏT məkanındakı tədbirlər planı Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin İslam Həmrəylik İli elan edilməsi haqqında təşəbbüsünə beynəlxalq ictimai dəstək olaraq “Fəaliyyətdə İslam Həmrəyliyi” şüarı altında keçirilsin. İclasda 2018-ci ilin Gənclər Gününə qədər bu çərçivədə keçiriləcək bütün tədbirlərin “Fəaliyyətdə İslam Həmrəyliyi” şüarı ilə keçirilməsi qərara alındı.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs