Əlaqə Arxiv
news Image
2017.05.12
15:16
| A A A
Əmək müqavilələrinin müddəti dəyişdirilir

Azərbaycanda əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir.

Movqe.az Apa-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə edilib.
 
Dəyişikliyə əsasən məcəllənin 45-ci (Əmək müqaviləsinin müddəti) maddəsində edilən dəyişikliyə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanacaq. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır.
 
Hazırkı varianta görə isə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Sizin Reklam Yeriniz