Əlaqə Arxiv
news Image
2017.05.20
16:32
| A A A
Azərbaycan və NATO əməkdaşlığı gücləndirir

NATO nümayəndələrinin Azərbaycana son səfərləri tərəflər arasında tərəfdaşlıq proqramının reallaşdırılması kursunu nəzərdən keçirməyə imkan verib.

Movqe.az bildirir ki, bunu Trend-ə NATO-nun Brüsseldəki ofisindən təşkilatın baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Tacan İldem və müdafiə siyasəti və planlaşdırma üzrə müavini Conatan Perişin Bakıya son səfərlərini şərh edərkən bildiriblər.

Alyansın ofisindən bildirilib ki, səfərlər çərçivəsində tərəfdaşlıq proqramı ilə bağlı tərəflər fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycanla NATO arasında əməkdaşlıq “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilir.

Sizin Reklam Yeriniz