news Image
2017.05.22
16:39
| A A A
Ərdoğan QDİƏT-in toplantısında Ermənistan nümayəndəsinin çıxışını tənqid etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) toplantısında Ermənistan nümayəndəsinin çıxışını tənqid edib.

Movqe.az-ın məlumatına görə, iclasda iştirak edən Ermənistan xarici işlər nazirinin müavini Aşot Hovakimiyan çıxışını demək olar ki, Dağlıq Qarabağ münaqişəsinə həsr edib.

A.Hovakimiyanın çıxışını sərt tənqid edən R.T.Ərdoğan isə toplantının siyasi ittiham yeri olmadığını bildirib: "Heç bir nümayəndə nə kimisə ittiham etdi, nə də siyasi məsələlərdən danışdı. Lakin siz bütün çıxışınızı siyasi dəyərləndirməyə ayırdınız".

Türkiyə Prezidenti Rusiyanın Baş naziri Medvedevə işarə edərək məsələ ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu xatırladıb:

"Bu münaqişənin nizamlanmasında böyük fayda var".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs