Əlaqə Arxiv
news Image
2017.05.22
21:00
| A A A
Amerikalı həmsədr Qarabağ və ATƏT-in bağlanan Yerevan ofisi haqda danışdı

“ATƏT-in Yerevan ofisinin bağlanması Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinə birbaşa təsir etməyəcək”. Azvision.az xəbər verir ki, bunu ATƏT Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland ermən KİV-ə müsahibəsində deyib.

Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və sülhün mümkünlüyü barədə suala cavab verən həmsədr bildirib ki, diplomatik fəaliyyət göstərərkən optimist olmaq lazımdır.

“Həmsədrlər tərəflərin liderləri ilə birlikdə tam razılaşmaya çatmağa, Cənubi Qafqaz dövlətləri və bütün xalqlar üçün sərfəli olacaq imkanlar axtarmağa davam edir”, - deyə Hoqland vurğulayıb.

Sizin Reklam Yeriniz