news Image
2017.05.23
14:22
| A A A
Prezident İlham Əliyev: “İslamiadadakı qələbə müstəqilliyimizin möhkəmləndirilməsinə növbəti töhfədir”

“IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizin gücünü göstərir”.
 
Movqe.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə deyib.
 
O bildirib ki, oyunların keçirilməsi ilə bağlı artıq Azərbaycan standartları tətbiq olunub. İ. Əliyevin sözlərinə görə, bu gün Azərbaycan inkişaf edən müasir mütərəqqi güclü dövlət kimi tanınır və idmançıların uğurları bunu bir daha təsdiq edir.
 
“Oyunların əsas məqsədlərindən biri dostluğun, əməkdaşlığın gücləndirilməsi idi. Biz də buna nail olduq” deyən Azərbaycan prezidenti ölkəmizin müsəlman aləmini qərb aləmi ilə birləşdirdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, müstəqilliyimiz ən böyük sərvətimizdir və IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyimiz qələbə müstəqilliyimiz möhkəmləndirilməsinə verilən növbəti töhfə və hədiyyədir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs