Əlaqə Arxiv
news Image
2017.05.23
17:55
| A A A
Nazir: "Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimləri olacaq"

"Azərbaycan, Türkiyə və Gürcüstan arasında inkişaf edən hərbi əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bizim birgə əməkdaşlığımız gürcü, Azərbaycan və türk xalqlarının təhlükəsiz yaşaması və ölkələrimizin iqtisadi inkişafı baxımından önəmlidir”.
 
Movqe.az-ın APA-ya istinadən  məlumatına görə, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria Batumidə azərbaycanlı və türkiyəli həmkarları ilə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

L. İzoria Gürcüstan və Türkiyənin müdafiə sahəsində birgə fəaliyyətini yüksək qiymətləndirib: “Bu il biz 5 dəfə görüşmüşük. Budəfəki görüşümüzdə də biz ən vacib məsələləri müzakirə etdik. Düşünürəm ki, ölkələrimiz arasında getdikcə inkişaf edən əməkdaşlıq formatı daha da genişlənəcək”.
 
Nazir üç ölkənin birgə təlimlərdə iştirakına da toxunub: “Yaxın günlərdə bizim xüsusi təyinatlılarımızın birgə təlimləri baş tutacaq. Bu ilin sentyabr ayında informasiya texnologiyaları üzrə təlimlərimiz də keçiriləcək. Gələcəkdə bu cür təlimlərin sayını artırmaq və üç ölkə arasında hərbi əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik”.

Sizin Reklam Yeriniz