news Image
2017.05.24
13:28
| A A A
Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Rusiya Federal Məclisinə müraciət edib

Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federal Məclisinə müraciət edib.

Bu barədə Movqe.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müraciətdə bildirilir ki, Azərbaycan və Rusiya arasında müxtəlif sahələr üzrə uzun tarixə malik yaxın əlaqələr mövcuddur. Bu əlaqələr tək iqtisadi maraqlara deyil, həm də mənəvi və mədəni bağlara əsaslanır. Lakin bu münasibətləri qəbul etməyən qüvvələr - ermənilər daim xalqlar arasındakı dostluq əlaqələrinin inkişafına mane olmağa çalışıblar:

“Ölkələr arasındakı qarşılıqlı dostluq münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qədər yüksəlib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus icmasının hüquqlarının, mədəni irsinin, rus dilinin, rus təşkilatlarının müdafiəsi üçün çox vacib addımlar atıb. Azərbaycanın ən böyük diaspor təşkilatının qeydiyyatının ləğvi multikultural və çoxmillətli Rusiya cəmiyyətinin xarakterinə ziddir. Bu təşkilatda təmsil olunan azərbaycanlılar Rusiya Federasiyasının vətəndaşlarıdır. Bu təşkilat həm də sizin təşkilatdır”.

Müraciətdə sonra deyilir ki, ÜAK-ın qeydiyyatın ləğvi iki ölkə arasındakı əlaqələrə mənfi təsir göstərə bilər. Şimali Kiprdəki Azərbaycan diasporu ümid edir ki, iki xalqın dostluq və qardaşlıq münasibətlərinə kölgə sala biləcək bu qərara yenidən baxılacaq və ədalətli addım atılacaq.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs