news Image
2017.05.25
14:33
| A A A
ANKARADA İZDİHAML TÜRKİYƏ-AZƏRBAYCAN ƏLAQƏLƏRİ MÜZAKİRƏ OLUNDU

Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) və Pursaqlar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə ''Türkiyə-Azərbaycan əlaqələri: qardaşlıq və strateji tərəfdaşlıq'' başlıqlı Beynəlxalq simpozium keçirildi. Tədbirdə 400-dən çox qonaq iştirak edib. Qeyd edək ki, ekspertlər Azərbaycan-Türkiyə ilə bağlı Ankarada tədbirin yüksək səviyyədə təşkil edildiyini bildiriblər.

Tədbirdə ilk öncə Azərbaycanın tanıdılması ilə bağlı video çarx göstərilib. Bundan sonra tədbirdə ilk çıxışı Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) başqanı Hikmet Eren edib. Dərnək sədri iki qardaş ölkə arasında olan əlaqələrlə bağlı bundan sonra tədbirlərin davam edəcəyindən danışıb.

Pursaqlar Bələdiyyəsinin başqanı Selçuk Çetin Türkiyə-Azərbaycan əlaqələrini bir ananın iki oğlu kimi dəyərləndirib. Selçuk Çetin türk dünyasının məşhur  şairi Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə şeirindən bir bənd səsləndirib. S.Çetin çıxışında bu gün iki qardaş ölkə beynəlxalq arenada uğurlu mövqe sərgilədiyini söyləyib.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı elçisi Faiq Bağırov Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin tamam olduğunu iştirakçıların diqqətinə çatdırıb.

“Ümummilli lider Heydər Əliyev tərəfindən 1992-ci ildə Naxçıvanda “Ümud” körpüsünün açılmasını iki qardaş ölkə arasında birlik və qardaşlıq simvoluna çevrildi. Tədbirin təşkilatçıları EkoAvrasiya və Pursaqlar bələdiyyəsinə yüksək səviyyədə keçən tədbirə görə təşəkkür edirəm”.

Millət vəkili professor Elman Nəsirov isə tədbirin Azərbaycan-Türkiyə üçün mühum əhəmiyyət kəsb etdiyini qeyd edib.

“İki ölkənin liderləri arasında olan səmimi dostluq və qardaşlıq münasibət var. Tədbirdə iki ölkə üçün vacib olan mövzular müzakirə olunacaq”.

Millət vəkilləri dr. Qənirə Paşayeva artıq Türk dünyası məsələsində mən,siz yox,biz mövqeyindən yanaşmağın vacibliyini bildirib. 

“Ümumilli lider Heydər Əliyevin bir millət,iki dövlət sözləri münasibətlərimizin ən xəttini təşkil edir. Azərbaycanın ən çətin zamanında Osmanlının köməyinə gəldi. ”,-deyə Q.Paşayeva əlavə edib.

Manisa millət vəkili Dr. Selçuk Özdağ Azərbaycan və Türkiyə əlaqələrinin inkişafının Qafqaz bölgəsi üçün strateji önəm daşıdığını və xüsusilə, sabitlik dominatlığını təşkil etdiyini bəyan edib.


Türkiyə müdafiə nazirinin müavini Şuay Alpay Azərbaycanın Türk dünyasının üçün hansı önəm kəsb etdiyini ana babası əslən Gəncədən olan Məmməd Qasımdan eşitdiyini diqqətə çatdırıb.

“Babam danışardı ki, Azərbaycan 1920-ci ildə sovetlər tərəfindən işğal edilməsinə baxmayaraq,1932-ci ilə qədər mücadilə aparıb”.

Antayla AKEV Universitetinin rektoru,EkoAvrasiyanın Akademik  Qurumunun başqanı,prof.Hayati Aktaş,Ahmet Yasəvi Beynəlxalq Türk-Qazax Universitetinin iclas başqanı,prof. Musa Yıldız, Türkiyə Böyük Millət Məclisinin üzvləri İbrahim Aydemir, Mehmet Altay, Prof. Talip Küçükcan, sabiq millət vəkili EkoAvrasiyanın məsləhət qurumunun başqanı Feramuz Üstün,İraq parlamentinin sabiq deputatı Fevzi Terzioğlu,siyasi analitiklər Dr.Cavid Vəliyev,Araz Aslanlı,Dr. Toğrul İsmayıl,Dr. Can Ünvar,Elnur Əliyev,Dr. Volkan Özdemir,dr. Yalçın Sarıkaya,Prof.Salih Yılmaz və başqa analitilər Türkiyə-Azərbaycan münasibətlər mövzusunda məruzələr ediblər.
Tədbirlər çərçivində bu gün Pursaq Bələdiyyəsində Qarabağ parkının açılışı olacaq. Eyni zamanda mərhumum Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs