news Image
2017.05.26
12:46
| A A A
Si Cinpin: "Çin Azərbaycanın əldə etdiyi müvəffəqiyyətlərə sevinir"

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını Çin Xalq Respublikasının Hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi təbrik edir, ən xoş arzularımı bildirirəm.

Sizin rəhbərliyiniz ilə Azərbaycanda siyasi sabitlik hökm sürür, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlir. Çin Hökuməti Azərbaycanın dövlət quruculuğu, sosial-iqtisadi inkişaf sahələrində əldə etdiyi müvəffəqiyyətlərə sevinir.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. "Bir kəmər-bir yol"un birlikdə yaradılması niyyətimizdən istifadə edərək, Sizinlə ikitərəfli münasibətlərimizin və müxtəlif sahələrdə işgüzar əməkdaşlığımızın yeni inkişafını birgə səylərimizlə irəlilətməyə hazıram.

Azərbaycanın daha da qüdrətli olmasını və inkişaf etməsini arzulayıram. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq diləyir, ən xoş arzularımı bildirirəm".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs