news Image
2017.05.27
11:30
| A A A
Prezident İlham Əliyev Zbiqnev Bjezinskinin vəfatı ilə əlaqədar başsağlığı verib

 

Prezident İlham Əliyev xanım Emiliya Beneşə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli xanım Beneş, həyat yoldaşınız – görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Zbiqnev Bjezinskinin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Zbiqnev Bjezinski uzun illərdən bəri davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. O, dərin strateji araşdırmaları, hərtərəfli siyasi təhlilləri ilə dünyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması, münaqişələrin və gərginlik ocaqlarının aradan qaldırılması, qlobal təhdidlərin qarşısının alınması işinə mühüm töhfələr vermişdir.

Zbiqnev Bjezinski Azərbaycanın dostu idi. Ona Azərbaycanda hər zaman böyük rəğbət bəslənilib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin inkişafında, dostluq əlaqələrimizin möhkəmlənməsində Zbiqnev Bjezinskinin əvəzsiz xidmətləri olmuşdur.

Atam Prezident Heydər Əliyevlə aralarında mövcud olmuş səmimi dostluq münasibətlərini ailəmizdə həmişə yüksək tuturuq, ən xoş təəssüratlarla xatırlayırıq.

Bu ağır anlarda dərdinizi bölüşür, Mehriban xanım ilə birlikdə Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı veririk".

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs