Əlaqə Arxiv
news Image
2017.05.27
13:36
| A A A
Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev Prezidet İlham Əliyevə təbrik məktubu göndərib.

Movqe.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından milli bayramınız - Respublika Günü münasibətilə təbriklərimi qəbul edin.

Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına sülh, firavanlıq və rifah arzu edirəm".

XXX

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Prezidet İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Sizi dövlət bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edim və Sizə möhkəm cansağlığı, Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyim".

XXX

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Prezidet İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını TÜRKSOY-un baş katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Yaradılmasının 99-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin müdrik və məqsədyönlü siyasəti nəticəsində türk dünyasının öndə irəliləyən ölkəsi olaraq dünyanın siyasi, iqtisadi, mədəni və idman mərkəzlərindən birinə çevrilmişdir.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Zati-alinizin TÜRKSOY-a dəstəyini, Azərbaycan Respublikası ilə sıx əlaqələri, onun ümumtürk mədəniyyətinin təbliğində rolunu yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, TÜRKSOY üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək, ortaq dəyərlərimizi dünyada təbliğ etmək üçün səylərini davam etdirəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və rifah diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov Prezidet İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Zati-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı - 28 May Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması qardaş xalqın həyatında çox böyük və önəmli hadisə olmaqla, müstəqil Azərbaycanın milli dövlətçiliyinin, onun indiki parlaq yüksəlişinin əsasını qoymuşdur. Qardaş Azərbaycan xalqı Zati-alinizin rəhbərliyi ilə və həyata keçirdiyiniz siyasət nəticəsində bu yüksəlişi yaşamaqdadır.

İnanıram ki, türkdilli ölkələr arasında əməkdaşlıq da Sizin hərtərəfli dəstəyiniz və töhfələriniz sayəsində daha da inkişaf edəcək və genişlənəcəkdir. Bakıda TürkPA Katibliyinin fəaliyyəti üçün mükəmməl şəraitin yaradılması bu böyük dəstəyinizin bariz nümunəsidir.

Bu xoş fürsətdən istifadə edərək, yüksək ehtiram hissi ilə Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq arzu edirəm".

XXX

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Prezidet İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi 28 may - Respublika Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edirik.

Ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk parlamentli respublikanın qurulması Azərbaycan xalqının qədim dövlətçilik ənənələrinə malik olduğunu göstərməklə yanaşı, bütün türk dünyasının tarixinə əlamətdar və qürurverici hadisə kimi həkk olunmuşdur. Sizin rəhbərliyiniz altında uğurla həyata keçirilən səmərəli fəaliyyət nəticəsində 99-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası dünyanın mədəni mərkəzlərindən birinə çevrilir, onun beynəlxalq aləmdə nüfuzu getdikcə artır.

Türkdilli dövlətlər arasında inkişaf edən əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində hərtərəfli dəstəyinizə görə minnətdarlığımızı bildirərək Sizi bir daha təbrik edir, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirik".

Sizin Reklam Yeriniz