news Image
2017.05.30
09:15
| A A A
Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində

Mayın 28-də Almaniyanın paytaxtı Berlin şəhərində Böyük İyirmiliyin (G20) Beyin Sammiti  öz işinə başlayıb. Movqe.az xəbər verir ki, Sammitdə Almaniya, İsveç və eləcə də bir sıra inkişaf etmiş ölkələrin nazirləri ilə yanaşı George Akerlof, Edmund Strother Phelps, Michael Spence kimi Nobel mükafatı almış iqtisadçılar da iştirak edəcəklər.  G20 Beyin Sammitində Azərbaycanı İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı alim Vüqar Bayramov təmsil edir. CESD sədrinin Berlinə səfəri G20 Beyin Sammiti sədrinin dəvəti ilə reallaşıb. Qeyd edək ki, azərbaycanlı alim bütövlükdə regionadan sammitə dəvət edilən yeganə beyin mərkəzi rəhbəridir.  CESD qlobal qiymətləndirmədə Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzidir.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs