Əlaqə Arxiv
news Image
2017.05.30
15:24
| A A A
Monteneqro və San-Marino liderləri Azərbaycan prezidentini təbrik ediblər

Monteneqro prezidenti Filip Vuyanoviç Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
 
Movqe.az-ın məlumatına görə, onun məktubunda deyilir:
 
“Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Vətəndaşlarınızın rifahı naminə görülən işlərdə Azərbaycana davamlı tərəqqi arzulayıram. Bu əlamətdar bayram münasibətilə qeyd etmək istərdim ki, ölkələrimiz arasında dostluğa əsaslanan güclü münasibətlər qarşılıqlı maraqları ehtiva edən əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə səciyyələnir. Əməkdaşlığımızın inkişafına verdiyiniz böyük şəxsi töhfənizə görə Sizə dərin minnətdarlığımızı bildirirəm. Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.
 
İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə həmçinin San-Marino Respublikasının kapitan-regentləri Mimma Zavoli və Vanessa D`Ambrosio təbrik ediblər: “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi, Sizə möhkəm cansağlığı, dost Azərbaycan Respublikasının xalqına rifah, inkişaf və firavanlıq arzularımızı yetirmək istərdik. Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

Sizin Reklam Yeriniz