news Image
2017.05.30
15:37
| A A A
Həmsədrlər yaxın 10 gün ərzində regiona səfər edəcəklər

ATƏT-nın Minsk qrupunun həmsədrləri iyunun əvvəlində Ermənistana və Azərbaycanın erməni silahlı bölmələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və ATƏT-nın baş katibi Lamberto Zanyerin görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirilib.
 
Səfərin yaxın 10 gün ərzində baş tutacağı gözlənilir. Həmsədrlər İrəvana, oradan isə Xankəndinə səfər edəcəklər.
 
E. Nalbandyan bildirib ki, həmsədrlərin səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə təklif olarsa, xarici işlər nazirləri, daha sonra isə prezidentlər səviyyəsində görüşlərin mümkünlüyü müzakirə oluna bilər. 
 
Qeyd edək ki, həmsədrlər regiona səfər çərçivəsində Bakıya da gələcəklər. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs