Əlaqə Arxiv
news Image
2013.02.20
10:25
| A A A
Ziyalılar Forumu da dağılmağa doğru gedir
Mais Səfərli: “Fikir ayrılığı sonda Ziyalılar Forumunun dağıdacaq” Tahir Kərimli: “Onları birləşdirən səmimiyyət yoxdur”

Bir nəfər tərəfindən kağıza alımış əsər, artıq cəmiyyətimizdə çoxlarının iç üzünü aça bilib. "Daş yuxuları" məzmun və mahiyyət etibarı ilə xəyanət ruhunda yazılsa da, onu müdafiə edənlər də tapıldı. Bəziləri isə sadəcə münasibətini sərgiləməkdən çəkindi. Məsələn, əsərə münasibətlə bağlı Ziyalılar Forumu yekdil qərarını verə bilmədi. Daha doğrusu, roman Forum üzvlərində fikir ayrılığını ortaya çıxartdı. Belə ki, Ziyalılar Forumunun üzvlərindən bəziləri əsərin müdafiçəsi, bəziləri tənqidçisi oldu. Hətta neytral mövqe tutun Forum üzvü də var. Onlarda olan fikir ayrılığını tək bununla isbatlamaq yetməz. Belə ki, yarandığı andan siyasi arenada görünməyəcəyini elan etmiş Ziyalılar Forumu əhdinə peyman çıxa bilmədi. Strategiyası bəlli olan siyasi təşkilat "El" hərəkatı Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvlərinin iştirakı ilə müzakirə olunub. Hərəkat Ziyalılar Forumunun qeyri-rəsmi lideri sayılan Rüstəm İbrahimbəyovun təklifi və orada iştirak edən adamların tövsiyəsi ilə yarandı. Halbuki Ziyalılar Forumu siyasi səhnədə, siyasi tələblərinin olmayacağını bildirmişdi. Təbii ki, bu cür fikir ayrılığı Forum üçün perspektivli görünmür, həm də təşkilatın formasının məzmunu ilə üst – üstə düşməməsini özündə ehtiva edir. Məsələyə münasibət bildirən Yurddaş Partiyasının sədri Mais Səfərli qeyd edir ki, mətbuatda Ziyalılar Forumu barəsində gedən yazıları daim izləyir: "Hiss olunur ki, onların arasında müəyyən fikir ayrılığı var. Təbii ki, fikir ayrılığının olmasının müəyyən səbəbləri də var. Əvvəl onlar bir ziyalı forumu yaratmaq istədilər. Amma hiss olunur ki, orada bəzi insanlar, xüsusi ilə də Eldar Namazov və Rüstəm İbrahimbəyov Ziyalılar Forumunu siyasətə çəkmək istəyir. Bunun da arxasında müəyyən siyasi niyyətlərin güdülməsi sirr deyil. Bu da ora gələn bəzi digər üzvlərin ürəyincə olmadı. Ona görə də bir fikir ayrılığı yaranıb. Bu fikir ayrılığı da get – gedə daha da dərinləşəcək".

Partiya sədrinin sözlərinə görə, mütəmadi olaraq onların arasında olan fikir ayrılığı sonda Ziyalılar Forumunun dağıdacaq: "Həmçinin Forumda heç də cəmiyyətdə böyük nüfuz sahibləri olan insanlar toplaşmayıblar. Orada elə şəxslər yoxdur ki, böyük təsir gücünə malik olsun. Ona görə də mümkün deyil ki, Ziyalılar Forumu nəsə böyük bir qüvvəyə, effekti olan bir məclisə çevrilsin. Həmin Forumda perspektiv görmürəm. Ola bilsin ki, müəyyən bir zamandan sonra Ziyalılar Forumu dağılsın".

Vəhdət Partiyasının sədri Tahir Kərimli isə bildirir ki, Ziyalılar Forumunun siyasi fəaliyyətlə məşğul olmasını inkar etmək olmaz: "Baxmayaraq ki, özlərini siyasi partiya kimi elan etməyiblər. Amma məşğul olduqları siyasətdən başqa heç nə deyil. Hələ bir dəfə görməmişəm ki, Ziyalılar Forumu ölkədə gedən hansısa bir prosesə ziyalı, ictimai, elmi, intellektual münasibət göstərsin. Bütün proseslərə siyasi şərhlər verir, siyasi mövqedən çıxış edirlər. Bu, onu göstərir ki, Ziyalılar Forumu sırf siyasi fəaliyyətlə məşğuldur. İkincisi, həqiqətən də onun tərkibindən müxtəlif yönlü insanlar birləşib. Demək olar onların mütləq əksəriyyətini birləşdirən ancaq odur ki, vaxtı ilə iqtidarı müdafiə ediblər, sonradan da əks cəbhəyə keçiblər. Amma buna baxmayaraq, orda əvvəldən müxalifət mövqeyində olan müəyyən insanlar da olub. Onları birləşdirən səmimiyyət yoxdur. Nəyinsə xətrinə birləşirlər və s."

Partiya sədri bildirdi ki, "Şant" erməni telekanalı bu günlərdə Əkrəm Əylisli haqqında maraqıl bir məlumat verib: "Düşmən ondan istifadə edib, Azərbaycan əlehyinə bir mövqe sərgiləyirdi. Televiziya erməniləri inandırmağa çalışırdı ki, ermənilər haqlıdır. Belə bir mövqeyi tənqid etməmək və yaxud da düşmənə bu cür dəstək vermək, düşməni müdafiə etmək Ziyalılar Forumuna yaraşmaz. Elə susmağın özü də razılıq əlamətidir. Bütövlükdə götürdükdə Ziyalılar Forumu Əkrəm Əylislinin əleyhinə bəyanat verməyib. Ya susub, ya da xeyrinə verib. Əslində, elə ikisi də mahiyyət etibarı ilə antimilli kitaba şərhçilikdən başqa bir şey deyil".

Tahir Kərimli onu da əlavə etdi ki, fikir ayrılığı ucbatından gələcəkdə Ziyalılar Forumunda mövqelər haçalana bilər: "Məsələn, onların bir qisminin Rüstəm İbrahimbəyov vasitəsi ilə "Milyarderlər İttifaqın"dan hansısa bir umacaqları var. Bəziləri isə antirusiya - qərbyönlü şərhlərlə çıxış edirlər. Gələcəkdə bu məsələ ortaya çıxdıqda, Ziyalılar Forumu açıq şəkildə ya Rusiya meylli, ya da qərbyönümlüyə bölünəcək. Heç azərbaycanyönümlük yada düşməyəcək. Gec – tez Ziyalılar Forumu "çat" verəcək. Paralel olaraq İctiami Palatanı da bu hal gözləyir".

Sizin Reklam Yeriniz