news Image
2017.06.19
12:57
| A A A
Yusuf Məmmədəliyev: "İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən siyasət sayəsində uğur qazanan məhz gənclik olacaq"

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən A.Rəhimov Qurtuluş gününün Azərbaycan üçün əhəmiyyətindən danışıb. O qeyd edib ki, Qurtuluş günü Azərbaycançılıq tarixinin önəmli günüdür:

"Zaman keçdikcə, bu günün dəyəri daha da artır. Bu gün Azərbaycanın bütün sahələrdə inkişafına, beynəlxalq aləmdə tutduğu mövqeyə baxanda 15 iyun tarixinin xalqımız və ölkəmiz üçün nə qədər əhəmiyyət daşıdığı aydın görünür".

Nazir bildirib ki, ümummili lider Heydər Əliyev bütün sahələri dərindn mənimsəyən və inkişafına nail olmuş bir fenomendir: "Heydər Əliyev ölkəni xilasetmə kimi böyük və məsuliyyətli vəzifəni üzərinə götürdü və uğurla icra etdi".

A.Rəhimov bildirib ki, ulu öndər Heydər Əliyev gənclər siyasətinə xüsusi diqqət yetirmiş və bu siyasət bu gün də uğurla davam etdirilir.

Daha sonra çıxış edən Y.Məmmədəliyev bildirib ki, 1993-cü ildə Azərbaycan dövlətinin ən çətin bir mərhələsində xalqın istəyi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinə, müasir biliklərə yiyələnməsinə hər zaman önəm verib, gənclər üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin əsas prioritetlərindən biri olub.

Y.Məmmədəliyev vurğulayıb ki, ulu öndərin gənlərə qayğısı bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O bildirib ki, Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması Prezidentin gənclərə diqqət və qayğısının bilavasitə göstəricisidir: "Biz bütün gənclər bir araya gələrək bu etimadı doğruldacağıq. Məqsədimiz Azərbaycan gənclərini sağlam, vətənpərvər və milli dəyərlərə sadiq görməkdir".

Y.Məmmədəliyev vurğulayıb ki, gənclərimiz torpaqlarımızın işğaldan azad edilməsinə hər zaman hazır olmalıdır: "Müharibə yalnız cəbhə xəttində deyil, KİV-də, sosial mediada, vikipediyada da aparılmalıdır".

PA rəsmisi əlavə edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonda Azərbaycan tarixində daha parlaq səhifə açıldı:

"Son 25 ildə Azərbaycan bütün sahələrdə uğurla inkişaf edib və regionun lider dövlətinə çevrilib. Azərbaycanın inkişafına gənclərin də rolu böyükdür. Gənclərimizin intellektual və yaradıcılıq potensialının ürə çıxarılması, aktivliyinin artırılması istiqamətində fəaliyyət bundan sonra da geniş şəkildə həyata keçiriləcək".

Y.Məmmədəliyev vurğulayıb ki, ölkə başçısı İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən siyasət sayəsində uğur qazanan məhz gənclik olacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs