news Image
2017.06.19
15:22
| A A A
Fərhad Hacıyev: Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, Azərbaycanı daha böyük fəlakət gözləyirdi

Əgər 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, Azərbaycanı 1920-ci il 28 apreldəki fəlakətdən daha böyük fəlakət gözləyirdi.

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbirdə çıxışında deyib.

F.Hacıyev bildlrib ki, əgər 1920-ci ildə biz Zəngəzuru, Göyçəni itirdiksə, bu dəfə tamamilə bütün Azərbaycanı itirəcəkdik:

"Vətəndaş müharibəsi, xaos, separatizm və siyasi böhranla qarşılaşan Azərbaycan xalqı yeganə çıxış yolunu məhz böyük vətənpərvər, siyasətçi, xalqını, millətini sevən Heydər Əliyevdə gördü. Müasir müstəqil Azərbaycan Heydər Əliyevin siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Heydər Əliyevin irsi daim yaşayacaq. Əgər biz varıqsa, bu ölkə varsa, Heydər Əliyev də olacaq”.

F.Hacıyev qeyd edib ki, Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib, məhz onun rəhbərliyi ilə dövlət gənclər siyasətinin təməli qoyulub və bu gün bu siyasət uğurla reallaşdırılır.

Trend

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs