news Image
2017.06.20
10:35
| A A A
Müdafiə Nazirliyi: Ermənistan kağız üzərində “qəhrəmanlıqla” məşğuldur

Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin yaralanması barədə erməni tərəfinin yaydığı məlumatlara münasibət bildirib.
 
Müdafiə Nazirliyindən Movqe.az-a bildirilib ki, Ermənistanın sosial şəbəkələrində yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb: “Bildiririk ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov soyadlı hərbi qulluqçumuz ümumiyyətlə, xidmət etmir.
 
Düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir. Uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda “qəhrəman” kimi göstərmək istəyir”.
 
Nazirlikdən həmçinin bildirilib ki, 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib: “Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxarmaqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir”.
 
Qeyd edək ki, Ermənistanın sosial şəbəkələrində erməni silahlı birləşmələrinin Azərbaycan hərbçisini vurmaları barədə məlumat yayılıb. Yaralanan hərbçinin Natiq Qurbanov olduğu bildirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs