Əlaqə Arxiv
news Image
2017.06.20
11:36
| A A A
Əli Əhmədov: Azərbaycanda iqtisadi sahədə köklü islahatlar nəzərdə tutulub

"Bu gün Azərbaycan iqtisadiyyatının sürətli inkişafı göz qarşısındadır. Son 12 il ərzində iqtisadiyyatın 3.5 dəfə artması qürur duyulan bir haldır".

Movqe.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Sumqayıtda sahibkarlarla görüşü zamanı deyib.

Ə.Əhmədov bildirib ki, bütün bunların hamısı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin möhtəşəm uğurudur:

“Azərbaycanda bütün sahələrin inkişafının kökündə iqtisadi inkişaf dayanr. İqtisadi inkişaf nəticəsində əldə olunan resurslar sayəsində Azərbaycanda əhalinin rifahı yaxşılaşıb, yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib, əməkhaqları, pensiyalar 3 dəfə artıb, qəsəbələr, şəhərlər simasını dəyişib və müasirləşib. Bütün bunların hamısının kökündə iqtisadi inkişaf dayanır. İqtisadi inkişaf olmadan bütün bunlara nail olmaq mümkün olmazdı”.

Baş nazirin müavini vurğulayıb ki, bundan sonra nəzərdə tutulan işlərin həyata keçirilməsi yenə də iqtisadi inkişafla bağlıdır:

“Ona görə də cənab Prezident İlham Əliyevin apardığı siyasətin hədəfində iqtisadi inkişaf dayanır. Bu gün Azərbaycanda iqtisadi sahədə köklü islahatlar nəzərdə tutulub. Bu günə qədər biz iqtisadi sahədə təbii resurslara istinad edirdik. Azərbaycan bu günə qədər təbii resurslardan səmərəli istifadə edib. Lakin bundan sonra da iqtisadiyyatın inkişafında yeni bir mərhələ başlayır. Yəni digər resurslar var, bu da iqtisadiyyatın diversifikasiyasına, tükənməyən resurslara əsaslanaraq iqtisadiyyatın, iqtisadi inkişafın yeni mərhələsi deməkdir. Bu, iş adamlarının məsuliyyətini, fəallıq əmsalının yüksəldilməsini tələb edir”.

Sizin Reklam Yeriniz