Əlaqə Arxiv
news Image
2012.04.25
16:20
| A A A
Nobel Mükafatı sahiblərindən sülh çağırışı

Mövqe.az xəbər verir ki, ABŞ-ın Çikaqo əyalətində təşkil olunan zirvə görüşündə bir yerə toplanan Nobel mükafatı sahibləri yoxsulluq ,savadsızlıq və silahlardan geniş istifadə edilməsinin çox təhlükəli hallar yaratdığını və dünya liderlərinin beynəlxalq sülhü təmin etmələri üçün daha çox səy göstərmələrinin vacibliyini qeyd edib.

3 gün davam edəcək Nobel Mükafatı Sahibləri Ümumdünya Sammitində ABŞ-ın keçmiş rəhbəri Cimi Karter, SSR-nin sonuncu prezidenti Mixail Qarbaçov , Keçmiş Polşa rəhbəri Lex Valesa , BMT-nin İnsan Haqları Şurasının Dafurdakı xüsusi nümayəndəsi Amerikalı professor Codi Uilyam, İranın İnsan Hüquqları üzrə nümayəndəsi Şirin Ebadi, Oskar Ariasın keçmiş rəhbəri Kosta Rika, Cənubi Afrikanın keçmiş rəhbəri Fredrik Uilyem iştirak edib.

Karter ABŞ-ın beynəlxalq sülhün bərqərar edilməsi istiqamətində liderlik etdiyini və dünyanın digər dövlətləri üçün nümunə olduğunu vurğulayıb.

Əfqanə Məzahirqızı


Sizin Reklam Yeriniz