Əlaqə Arxiv
news Image
2017.06.24
11:00
| A A A
İdarəçilyin Azərbaycan modelinə dünyada maraq artır
Əcənbi ölkələrinin bir qismi inkişafın Azərbaycan yolundan bəhrələnir

Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodon deyib: “Azərbaycan dinamik inkişaf edən, bizə mənimsəyə biləcəyimiz səmərəli idarəetmənin xeyli yaxşı nümunələrini göstərən dövlətdir”. Dost ölkə başçısının ifadə etdiyi fikirlər Azərbaycanın sürətli inkişafını təsdiq edən arqumentlərdən biridir. Ölkəmizin timsalında səmərəli idarəetmə təcrübəsi haqda birinci dəfə deyil ki, yüksək səviyyədə fikirlər bildirilir. Amma müxtəlif istiqamətlərdən gələn bu rəylər həqiqətin ayrı-ayrı rakurslardan təsdiqlənməsidir. 

Ötən il referendum yolu ilə Konstitusiyaya edilmiş dəyişikliklər əsasən, ölkəmizdə idarəetmə strukturunun islahatını nəzərdə tuturdu. Bu il isə artıq qeyd edilən işlər uğurla həyata keçirilməyə başlanıb. Bu istiqamətdə keçilmiş yola nəzər saldıqda dövlət başçısının nə qədər səbr və təmkin, habelə yeniliyi sınaqdan keçirməklə hərəkət etdiyi görünür. Həyat daim inkişaf edir, ölkə irəli gedir, bununla yanaşı, yeniliklər, müasirlik, yaşam tərzinin yenilənməsi idarəetmənin də təkmilləşməsini tələb edir. Məlumdur ki, Azərbaycanda prezident idarə üsulu bərqərar olub. Amma dünya təcrübəsinə uyğun olaraq təşkil olunmuş bu sistemə bizdə toxunulmaz qurum kimi yox, öz-özünü təzələyən, daxili dinamika hesabına yeniliklərə, evolyusiyaya açıq olan sistem kimi yanaşılır. Buna görə də sürətli inkişafa cavab verən, bu istiqaməti təmin edən və daha da genişləndirən struktur dəyişiklikləri Prezident İlham Əliyev tərəfindən yaradıcı surətdə cəsarətlə tətbiq olunur.
İdarəetmədə Azərbaycan yolunun uğurluluğu onun təməlinin qazanılmış zəngin təcrübə əsasında qoyulmasıdır. Məsələn, ümumi səsvermə ilə təsis edilmiş Birinci vitse-prezident postuna təyin edilən Mehriban xanım Əliyeva uzun illər Heydər Əliyev Fondunun prezidenti kimi səmərəli fəaliyyət göstərib və təcrübə qazanıb. Milli Məclisin üzvü və beynəlxalq təşkilatlardakı işi ilə M.Əliyeva çox geniş spektrdə göstərdiyi xidmətlərlə ılkənin idarəetmə sistemində sanballı mövqe qazanmışdı. Bu mövqe və təcrübə onun yüksək dövlət vəzifəsinə təyin olunmasına əsas yaratmışdı ki, bu da dövlət rəhbəri tərəfindən vaxtında qiymətləndirildi. Təyinatdan sonrakı proses sübut etdi ki, strukturun islahatı uğurlu alınıb.
Dövlət başçısı hökumət iclaslarında bəyan edirdi ki, korrupsiya cəmiyyətimizin bir nömrəli bəlasıdır və buna qarşı amansız mübarizə aparacağıq. Həqiqətən bu elə bir nöqsandır ki, ələ qılınc götürüb vuruşmaqla aradan qalxmaz. Yalnız ağıllı rəhbərlik, düşünülmüş islahatlar vasitəsilə rüşvətxorluğun axırına çıxmaq olardı. Azərbaycan bu yola möhtəşəm islahatla qədəm qoydu və ilk uğurunu qazandı. “ASAN Xidmət” sisteminin yaradılması korrupsiyanın qarşısının alınmasında inqilabi səviyyədə dönüş yaratdı. İndi bu ağıllı stryktur vahidi beynəlxalq aləmdə dillər əzbəridir. Bir çox ölkələr “ASAN Xidmət” təcrübəsini öyrənərək tətbiq edirlər. BMT-də bu yolu təqdir və təşviq edir. Bax, bu, xalis Azərbaycan yoludur və ölkəmizin dünyada özünəməxsus olan mükəmməl inkişaf cığırıdır. Bu cığırla addımlayanların sayı getdikcə artır. 
Görünür, Moldova Prezidenti İqor Dodon bu faktları nəzərdə tuturmuş və şübhə etmirik ki, dost ölkənin müvafiq qurumları da Azərbaycanın yaratdığı təcrübədən yararlanmaq üçün tezliklə Bakıya səfər edəcəklər. 
 

N.NOVRUZ    

Sizin Reklam Yeriniz