Əlaqə Arxiv
news Image
2013.02.22
10:20
| A A A
Radikal müxaliftəin sıraları daha sürətlə seyrəlir
Seymur Həsənli: “Gənclik gördü ki, millilikdən danışan qüvvələr Əkrəm Əylisli məsələsində nisbətən loyal oldular” Tahir Kərimli: “Radikal müxalifət nəinki sosial bazasını itirib, həm də onlarda “köhnə qvardiya” dan demək olar ki, heç kim qalmayıb” Artıq demək olar ki, hər gün mövcud hakimiyyətə qarşı radikal müxalif cəbhədə duranlarlarda qopmaların olduğu barəsində məlumatlar alırıq. Qopan şəxslər arasında isə köhnə partiyadaşlardan daha çox cavan nəslin olduğu müşahidə olunur. Hətta bu ayrıntılar azmış kimi, onların sonrakı fəaliyyətləri müxalifəti daha kəskin narahat edir. Düzdür, bu qopmaların tarixi çox – çox əvvəlki illərdən başlasa da, son 1 ildə daha da intensivləşib. Çünki, son vaxtlar cəmiyyətimizdə ardıcıl baş verən hadisələr radikal müxalifət lideləri ilə onların rəhbəri olduqları partiyların sıravi üzvləri arasında ciddi fikir ayrılıqları yaradıb.
Milli Dirçəliş Partiyasının sədr müavini Seymur Həsənli bildirir ki, radikal müxalifət liderləri son 20 ildə siyasətlərində manipulasiya edirlər: "Türk milli qüvvələrlə görüşəndə özlərini Azərbaycanın milli qüvvələri kimi, Avropa və ABŞ – da olanda isə tamam başqa cür təqdim edirlər. Hətta Müsavat Partiyası Almaniyada liberal partiyaların toplantısında ermənilərlə bir yerdə protokala imza qoyub ki, Cənubi Qafqazda liberallşama ilə bağlı məsələlərdə iştirak edən tərəf kimi özünü tədim etsin. Bundan başqa, xaricdən gələn sifariş nəticəsində Divanın qərarı ilə nizamnamələrində türkçülük ideologiyasın çıxardıblar.
18 yaşa qədər olan Azərbaycan gəncliyini müəyyən ana qədər aldadaraq hansısa sahəyə yönləndirmək mümkündür. Amma o gəncin siyasi savadı formalaşdıqca həqiqəti dərk edir və öz liderini görür. Radikal müxalifət liderləri həmişə millilikdən danışırlar. Gəncliyə də bunu inandırmağa çalışmışdılar. Əkrəm Əylisli olaylarında bütün cəmiyyət bir oldu. Amma gənclik gördü ki, millilikdən danışan qüvvələr Əkrəm Əylisli məsələsində loyal oldular. Onların bir hissəsi Əkrəm Əylislini müdafiə etdi. Gənclik də bunu görürdü. Digər məsələlərdə də radikal müxalif liderlər vahid fikir ortaya qoymurlar".
Seymur Həsənli bildirir ki, cəmiyyətdə müxalif düşüncə olmalıdır: "Amma bunun olması o demək deyil ki, müxalifət dövlətçiliyin əleyhinə çevrilməlidir. Gənclər də həqiqəti dərk edirlər. Görürlər ki, üzvü olduğu partiyalar milli məsələ ilə bağlı ortaya vahid mövqe qoya bilmirlər. Son hadisələrdə ortaya müxtəlif siyasi oyunlar atıldı. Ancaq gənclik bu oyuna getmədi. Çünki, artıq gənclik milli, dövlətçilik məsələlərində həssasdır. Əslində, radikal müxalifətdə qopmalar bu gündən başlamayıb və bundan sonra da getdikcə daha dərinləşəcək".
Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirir ki, hər halda radikal müxalif partiyaların özlərində də düşünənlər var: "İçəridə həzm edə bilmirlər, özlərində acıq yaranır. İndi hardasa bir hadisə baş verirsə, gedib ordan faydalanmaq istəyirlər, özlərinə dividend axtarırlar. Bu hərəkətləri də aşağı təbəqələrində, xalqda bir acıq yaradır. Kəmfürsətçilik, hadisələrdən faydalanmaq cəhdi isə aşağı təbəqələrin qopmalarına səbəb olur".
Sədrin sözlərinə görə, radikal müxalifət nəinki sosial bazasını itirib, həm də onlarda "köhnə qvardiya" dan demək olar ki, heç kim qalmayıb: "Bu da qeyri – ixtiyari öz şəbəkəsinə, rayon – şəhər strukturlarına da təsir edib. Həmin partiyalara ancaq onları tanımayan gənclər üzv olurlar. Amma onlar da tezliklə pərişanlıq keçirirlər. Çünki, arzuladıqlarını görmürlər. Görürlər ki, həmin partiyalar bunlar bildikləri, eşitdikləri kimi deyillər".
Sizin Reklam Yeriniz