Əlaqə Arxiv
news Image
2013.02.22
15:19
| A A A
Azərbaycanda lisensiyasız tibbi fəaliyyətlə bağlı cərimələr artırıldı

Azərbaycanda lisensiyasız tibbi fəaliyyətlə bağlı cərimələr artırılıb. Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.
Sənəd barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və əczaçılıqla məşğul olmağa 300 manatdan 500 manata qədər cərimə tətbiq edilirdisə, təklif edilən dəyişikliyə görə 2 min manatdan 3 min manata qədər, vəzifəli şəxslər 5 min manatdan 10 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan 30 min manata qədər cərimələnəcəklər.
Spiker Oqtay Əsədov dəyişikliyə münasibət bildirərkən deyib ki, televizorlarda müxtəlif özəl tibbi klinikaların reklamları gedir: "Bu gün özəl tibb müəssisələrinə xaricdən çox həkim gəlir, lakin bilinmir onlar nə həkimlərdir".
Məcəlləyə dəyişikliyə münasibət bildirən deputat Fazil Mustafa deyib ki, Azərbaycanda bu sahədə problem var. "Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin ürəkdən narahatlığı olur, onu təyyarəyə mindirib xaricə göndərmək istəyirlər. Bu qədər səhiyyə müəssisəsi olan yerdə elə bir şəxsin müalicəsi mümkün olmadı?" - Mustafa deyib. İclasda "Reklam haqqında" qanuna da tibbi fəaliyyətlə bağlı dəyişiklik olunub. Qanuna edlən dəyişikliyə görə, özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməldir.

Sizin Reklam Yeriniz