news Image
2017.07.16
14:00
| A A A
Ankarada hərbi çevriliş cəhdinin qurbanlarının xatirəsinə ucaldılan abidənin açılışı olub (FOTO)

 

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, parlament spikeri İsmayıl Kahraman, Baş Qərargah rəisi və ölkə parlamentrailərinin iştirakı ilə hərbi çevriliş cəhdinin qurbanlarının xatirəsinə ucaldılan abidənin açılışı olub.

Movqe.az-ın  Trend-ə istinadən məlumatına görə, Türkiyənin bütün böyük şəhərlərində hərbi çevriliş cəhdi zamanı həlak olanların xatirəsinə aksiyalar keçirilib.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. 20 iyulda prezident Rəcəb Tayyib Ərdoğan ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edib. Fövqəladə vəziyyət rejimi bundan sonra bir neçə defə uzadılıb. Sonuncu dəfə Fövqəladə vəziyyət rejimi bu ilin aprel ayında daha 90 gün müddətinə uzadılıb.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs