news Image
2017.07.18
11:17
| A A A
Özbəkistan səfiri ermənilərin təxribat törətdiyi Alxanlı kəndinə səfər edəcək

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev və səfirliyin bir qrup əməkdaşı Füzuli rayonunun Alxanlı kəndinə səfər edəcək.

Movqe.az-ın məlumatına görə, səfər çərçivəsində səfir iyulun 4-də erməni hərbi birləşmələrinin Alxanlı kəndində dinc sakinləri atəşə tutması nəticəsində həlak olan 2016-cı il təvəllüdlü Zəhra Quliyeva və nənəsi, 1966-cı il təvəllüdlü Sahibə Quliyevanın məzarlarını ziyarət edəcək. Nümayəndə heyəti, həmçinin Zəhra Quliyevanın ailə üzvləri ilə görüşəcək, hadisənin baş verdiyi əraziyə baxış keçirəcək.

Səfər çərçivəsində Ş.Fayziyev hadisə nəticəsində ağır yaralanan Alxanlı kənd sakini, 1965-ci il təvəllüdlü Sərvinaz Quliyevanın müalicə olunduğu Horadiz şəhər Xəstəxanasında yaralının vəziyyəti ilə maraqlanacaq.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Trend

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs