Əlaqə Arxiv
news Image
2017.07.20
15:34
| A A A
RF XİN: Azərbaycan və Ermənistan prezidentlərinin görüş yeri hələ müəyyən edilməyib

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüş yeri hələ müəyyən edilməyib.

Movqe.az-ın məlumatına görə, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat departamentinin direktor müavini Artyom Kojin deyib.

O qeyd edib ki, bundan əvvəl "İzvestiya" qəzetində XİN-dəki diplomatik mənbəyə istinadən prezidentlərin Moskvada görüşəcəyi ilə bağlı dərc olunan xəbər həqiqətə uyğun deyil:

"ATƏT-in Minsk qrupu həmsədrlərinin məsləhətləşmələrində dövlət başçılarının növbəti görüşünün ilin sonunadək təşkil olunması təklif edilib".

Trend

 

Sizin Reklam Yeriniz