Əlaqə Arxiv
news Image
2017.07.21
17:35
| A A A
Dövlətimizin başçısı jurnalistlərin yaxın dostu və böyük himayədarı olduğunu növbəti dəfə təsdiqlədi

 

 

   Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 

- Vüqar müəllim, bu günlərdə Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümü tamam olur. Müxtəlif tarixi inkişaf mərhələrindən keçmiş mətbuatımızın mövcud mənzərəsi ilə bağlı qənaətiniz  maraqlı olardı...

- Bu günlərdə yaranmasının 142-ci ildönümü tamam olacaq Azərbaycan milli mətbuatı çətin, lakin eyni zamanda şərəfli və qürurlu yol qət edib. Milli mətbuatımız cəmiyyətin inkişaf xüsusiyyətlərinə uyğun mürəkkəb təkamül yolu keçərək hazırkı səviyyəyə yüksəlib. Fikrimcə, ən ümumi şəkildə milli mətbuatın inkişaf tarixini 4 əsas mərhələyə bölmək olar: birincisi, əsası 1875-ci ilin iyulunda 22 iyulunda qoyulmuş "Əkinçi" qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər olan dövr; ikincisi Cümhuriyyət dövrü; üçüncüsü, sovet dövrü; dördüncüsü müstəqillik dövrü. Əlbəttə, bu mərhələlərin hər birinin mətbuatımızın inkişafında özünəməxsus yeri və rolu var. Lakin əminliklə deyə bilərik ki, milli mətbuatımızın ən dinamik inkişafı və cəmiyyətin real tribunasına çevrilməsi məhz sonuncu mərhələyə – yəni müstəqillik illərinə təsadüf edir.

Etiraf etməliyik ki, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər. Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, məlumat azadlıqlarının təminatına ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı iqtidar çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci ildə hərbi senzuranın tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı.

- Müstəqillik illərində mətbuatın ictimai nəzarət institutu olaraq yeni demokratik cəmiyyət quruculuğu prosesində rolu daha da güclənib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən islahatların praktik əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Ulu öndər Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna daim böyük önəm verirdi. Ümummilli liderin rəhbərliyi ilə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün prioritet inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən fikir, söz və məlumat azadlıqlarının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi.

Ulu öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvidir. Senzuranın mövudluğu şəraitində medianın müstəqilliyindən danışmaq, əlbəttə ki, mümkün deyildi. Belə bir şəraitdə ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixdə imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» fərman kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım oldu. Bu qətiyyətli addım «Əkinçi» qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması demək idi.

Həmin dövrdə Azərbaycanın özünün iqtisadi imkanlarının nisbətən zəif olmasına baymayaraq, ulu öndər Heydər Əliyev maliyyə vəziyyəti ağır olan qəzetlərə maddi-texniki dəstəyin göstərilməsi təşəbbüsü ilə çıxış edirdi. 90-cı illərin ortalarında qəzetlərə birdəfəlik yardımlar, subsidiyalar verilirdi. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli fərmanı «2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı» jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu.

Ümumilikdə, ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli «Kütləvi İnformasiya Vasitələri haqqında», 19 iyun 1998-ci il tarixli «Məlumat azadlığı haqqında», 10 iyun 1997-ci il tarixli «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında», 3 aprel 1998-ci il tarixli «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» və digər qanunlar mətbuatın azad və müstəqil fəaliyyətinin təmin edilməsi sahəsində yaxşı imkanlar açdı.

Milli Məclisin 2001-ci il 13 mart tarixində «Gömrük tarifi haqqında» qanuna etdiyi dəyişikliyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının ixracına, habelə fəaliyyətinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə gömrük rüsumundan, o cümlədən əlavə dəyər vergisindən azad edildilər. Sonrakı mərhələdə ulu öndərin humanist addımlarından biri də çoxlu sayda qəzetin «Azərbaycan» nəşriyyatına olan borclarının 2005-ci ilədək dondurulması oldu. Bu addım, faktiki olaraq, bir çox qəzetləri tamamilə qapanmaq təhlükəsindən xilas etdi.

2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını qat-qat asanlaşdıraraq bu sahədəki maneələri tamamilə aradan qaldırdı. Azərbaycanda mətbu nəşrlərin qeydiyyatı ilə bağlı icazə sistemi aradan qalxıb və da inkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır. Qeydiyyat sahəsində əngəllərin aradan qalxması söz azadlığı qarşısında baryerlərin əsaslı şəkildə aradan qalxmasını təmin etdi.

Ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxdı. 2003-ci ilin martında ölkə jurnalistlərinin birinci qurultayında Mətbuat Şurası təsis edildi.

Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan mətbuatının yubileylərinin keçirilməsi kimi mütərəqqi ənənənin əsası da məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hələ 2000-ci ildə ulu öndərin müvafiq sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının 125 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdi. Ulu öndər həmin tədbirdə dərin məzmunlu geniş nitq söyləyərək mətbuatımızın qarşısında duran vəzifələrdən söz açmışdı.

Ümummilli lider bütün bunlarla yanaşı, ölkə mətbuatının qüsurlarını, problemlərini də hər zaman açıq şəkildə bildirir, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının 1999-cü və 2001-ci ildə keçirilmiş birinci və ikinci qurultaylarında kütləvi dövlətin informasiya vasitələrinin fəaliyyətinin daha da müstəqilləşməsi, demokratikləşməsi istiqamətində apardığı siyasətin hüquq islahatlarının ayrılmaz hissəsi olduğunu vurğulamış, bu sahədə qarşıda duran vəzifələrdən söz açmışdı.

- Son illər Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinin qlobal informasiya əsrinin tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar barədə nə demək istərdiniz?

-  Kütləvi informasiya vasitələrinin son 14 ildə dinamik inkişaf yolu keçməsi ulu öndərin mütərəqqi ənənələrinin layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mühüm xidmətləri ilə bağlıdır. Möhtərəm Prezident İlham Əliyev respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə yönəlmiş bütün mütərəqqi təşəbbüsləri dəstəkləyir. Dövlətimizin rəhbəri milli mətbuatımızın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla və xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etdirilməsini vacib sayır.

Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ölkə başçısının 2006-cı il fevralın 8-də imzaladığı «Qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ödənilməsi barədə» sərəncama əsasən, qəzetlərin «Azərbaycan» nəşriyyatına olan 450 min ABŞ dolları məbləgində borcu dövlət büdcəsi hesabına ödənildi. Xüsusi qeyd etmək lazımdır ki, borcları ödənilən qəzetlər sırasında müstəqil və müxalifyönlü qəzetlər çoxluq təşkil edirdi.

Milli mətbuatın 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə «Əməkdar jurnalist» fəxri adının bərpası, yüzlərlə jurnalistin yüksək fəxri adlara, təltiflərə layiq görülmələri, qəzetlərə birdəfəlik maliyyə yardımlarının edilməsi, KİV əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının tikilməsi və digər mühüm tədbirlər ölkə rəhbərinin mətbuata qayğısını əyani şəkildə nümayiş etdirir.

- Vüqar müəllim, dövlətin mediaya qayğısının ən bariz nümunələrindən biri də Azərbaycan Respublikası Prezidenti  yanında Kütləvi İnformasiya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ya­ra­dıl­ma­sı, fəaliyyətinə hərtərəfli dəstəyin verilməsidir. Fondun yaradılması han­sı zə­ru­rətlə şərtlənirdi?

- Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin 2008-ci il 31 iyul ta­rix­li sə­rən­ca­mı ilə "Azər­bay­can Res­pub­li­ka­sın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Kon­sep­si­ya­sı"nın təs­diq edil­mə­si, ilk növ­bədə, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nə döv­lət dəs­tə­yi­ni güc­lən­dir­mək, onun da­ha tək­mil me­xa­niz­mi­ni for­ma­laş­dır­maq məq­sə­di da­şı­yır­dı. Be­lə bir kon­sep­si­ya­nın ha­zır­lan­ma­sı və qüv­və­yə min­mə­si ilə fak­ti­ki ola­raq mil­li mət­bua­tın in­ki­şa­fın­da key­fiy­yət­cə ye­ni mər­hə­lə­nin əsa­sı qo­yul­du.

Kon­sep­si­ya mü­kəm­məl sə­nəd ola­raq özün­də me­dia­ya döv­lət dəs­tə­yi­nin məq­səd, prin­sip və me­xa­nizm­lə­ri­ni əks et­di­rir. Hə­min Kon­sep­si­ya­dan irə­li gə­lən və­zi­fə­lə­rin ger­çək­ləş­di­ril­mə­si üçün öl­kə baş­çı­sı­nın 3 ap­rel 2009-cu il ta­rix­li fər­ma­nı ilə Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du ya­ra­dıl­dı.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ya­ra­dıl­ma­sı ilə döv­lə­tin KİV-lə­rə dəs­tə­yi daha dol­ğun, sis­tem­li və ar­dı­cıl xa­rak­ter aldı. Fon­dun ya­ra­dıl­ma­sı öl­kə baş­çı­sı­nın kütlə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin in­ki­şa­fı­na və jur­na­list­lə­rin so­si­al qay­ğı­la­rı­nın həl­li­nə necə böyük həs­sas­lıq­la ya­naş­dı­ğı­nı bir daha təsdiqlədi. He­sab edi­rəm ki, be­lə bir döv­lət qu­ru­mu­nun ya­ra­dıl­ma­sı ilə öl­kə jur­na­list­lə­ri­nin ar­zu və is­tək­lə­ri ger­çək­ləş­di­ri­ldi, on­la­rın bü­tün sa­hə­lər­də di­na­mik in­ki­şaf edən, müa­sirləşən Azər­bay­ca­nın nai­liy­yət­lə­rin­dən da­ha sə­mə­rə­li şə­kil­də bəh­rə­lən­mə­si üçün ge­niş im­kan­lar açı­ldı.

Fond ye­ni ya­ra­dılanda şübhəsiz ki, han­sı­sa ənə­nə­yə, prak­ti­ki iş təc­rü­bə­si­nə is­ti­nad et­mir­di və bü­tün iş­lə­ri sı­fır­dan baş­la­maq tə­ləb olu­nur­du. Bu­na bax­ma­yaraq, Kon­sep­si­ya, elə­cə də Ni­zam­na­mə ilə üzə­ri­mi­zə dü­şən və­zi­fə­lə­rin uğur­la hə­ya­ta ke­çi­ril­mə­si­ni tə­min et­mək üçün ta­ma­mi­lə şəf­faf və iş­lək me­xa­nizm­lər for­malaş­dı­ra bil­dik.

Bey­nəl­xalq təc­rü­bə, da­ha də­qi­qi, xa­ri­ci öl­kə­lər­də mət­bua­ta döv­lət dəs­tə­yi­ni həya­ta ke­çi­rən ox­şar qu­rum­la­rın fəa­liy­yə­ti ilə ya­xın­dan ta­nış ol­maq is­ti­qa­mə­tin­də hə­ya­ta ke­çir­di­yi­miz ad­dım­lar prak­ti­ki nə­ti­cə­lə­ri­ni ver­di. Fon­dun ic­ra­çı di­rek­to­ru və Mü­şa­hi­də Şu­ra­sı üzv­lə­ri­nin hə­lə 2009-cu il­də Avs­tri­ya­nın Vya­na və İç­ve­çin Stok­holm şə­hər­lə­ri­nə iş­gü­zar sə­fər­lə­ri bey­nəl­xalq təc­rü­bə­nin öy­rə­nil­mə­si ba­xı­mın­dan ki­fa­yət qə­dər əhə­miy­yət­li ol­du.

Ötən 8 il­də Fond həm də öl­kə jur­na­list­lə­ri­nin bey­nəl­xalq təc­rü­bə ilə yaxından ta­nış ol­ma­la­rı üçün mü­va­fiq təd­bir­lər hə­ya­ta ke­çi­ri­lib. Ötən müd­dət­də jurna­list­lə­rin Tür­ki­yə Cüm­hu­riy­yə­ti­nə, İçveçə və Avstriyaya, Türkiyəyə və Şimali Kipr Türk Cümhuriyyətinə, Böyük Britaniyaya səfərləri təş­kil olu­nub. Öl­kə jur­na­list­lə­ri bu səfər­lər za­ma­nı hə­min öl­kə­lə­rin aparı­cı qə­zet­lə­ri­nin, ha­be­lə te­levi­zi­ya və ra­dio­la­rı­nın re­dak­si­ya­la­rın­da olub, onların iş üs­lu­bu ilə ya­xın­dan ta­nış­lıq im­ka­nı qa­za­nıb, təc­rü­bə mü­ba­di­lə­si ediblər.

8 il ər­zin­də Fon­da döv­lət büd­cə­sin­dən 31 mil­yon ma­na­ta ya­xın və­sai­tin ay­rıl­ması bir da­ha gös­tə­rir ki, Azər­bay­can döv­lə­ti me­dia­ya yük­sək diq­qət və qay­ğı gös­tə­rir. Bu qay­ğı­nın mü­qa­bi­lin­də Fond da üzə­ri­nə dü­şən və­zi­fə­lə­rin öh­də­sin­dən layiqincə gə­lməyə çalışır. Qü­rur his­si ilə qeyd et­mək is­tər­dim ki, müx­tə­lif ölkələr­dən Azər­bay­ca­na gəl­miş qo­naq­lar Fon­dun fəa­liy­yə­ti­ni, ha­be­lə öl­kə rəhbər­liyi­nin söz və mət­bu­at azad­lı­ğı­nın ge­niş­lən­di­ril­mə­si sa­hə­sin­də hə­ya­ta ke­çir­di­yi sis­tem­li təd­bir­lə­ri yük­sək də­yər­lən­di­rir­lər.

- Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Kon­sep­siya­sı ilə Fond qar­şı­sın­da mü­əy­yən­ləş­di­ril­miş mü­hüm və­zi­fə­lər­dən bi­ri də KİV-lə­rin fəa­liy­yə­ti­nin müa­sir döv­rün tə­ləb­lə­ri­nə uy­ğun qu­rul­ma­sı­dır. Fondun bu istiqamət­də­ki fəa­liy­yə­ti ba­rə­də də mə­lu­mat ver­mə­yi­ni­zi xa­hiş edər­dik.

- Şüb­hə­siz, cə­miy­yə­tin ma­raq­la­rı­nı ifa­də edən müs­tə­qil və de­mok­ra­tik mətbua­tın for­ma­laş­ma­sı üçün, ilk növ­bə­də, pe­şə­kar jur­na­list­lə­rin ye­tiş­di­ril­mə­si­nə, ha­be­lə KİV-lə­rin mad­di-tex­ni­ki ba­za­sı­nın möh­kəm­lən­di­ril­mə­si­nə eh­ti­yac du­yu­lur. Fond ötən 8 il­də məhz bu re­al­lıq­dan çı­xış edə­rək bir sı­ra sə­mə­rə­li la­yi­hə­lər hə­ya­ta ke­çi­rib. Me­to­di­ki, kon­sul­ta­tiv və təş­ki­la­ti-tex­ni­ki dəs­tək xa­rak­ter­li bu təd­bir­lər Fon­dun ma­liy­yə yar­dı­mı ilə la­yi­hə hə­ya­ta ke­çi­rən KİV-lə­rin fəa­liy­yə­ti­nin tək­mil­ləş­di­ril­mə­si­nə yö­nə­lib.

Bun­dan əla­və, Fond re­dak­si­ya­lar­da ma­liy­yə-mü­ha­si­bat uço­tu­nun düz­gün qurul­ma­sı, KİV-lə­rin fəa­liy­yə­ti­nin iq­ti­sa­di sə­mə­rə­li­li­yi­nin ar­tı­rıl­ma­sı üçün baş redak­tor­la­ra, la­yi­hə ko­or­di­na­tor­la­rı­na və mü­ha­sib­lə­rə la­zı­mi kö­mək­lik gös­tə­rib. Bu­nun nə­ti­cə­sin­də Fond­dan ma­liy­yə dəs­tə­yi alan KİV-lə­rin ək­sə­riy­yə­ti­nin maliyyə-mü­ha­si­bat uço­tu­nun qa­nun­ve­ri­ci­li­yə mü­va­fiq qay­da­da qu­rul­ma­sı­na na­il olu­nub.

Kütləvi infor­ma­si­ya va­si­tə­lə­ri­nin sə­mə­rə­li fəa­liy­yə­ti­nə zə­ru­ri təş­ki­la­ti-tex­ni­ki dəs­tə­yin gös­tə­ril­mə­si mə­sə­lə­si də Fon­dun xü­su­si diq­qət mər­kə­zin­də olub. Fon­dun ma­liy­yə yar­dı­mı he­sa­bı­na ötən il­lər­də ic­ti­mai rə­yə tə­sir im­ka­nı olan bir çox qə­zet­lər mad­di-tex­ni­ki ba­za­la­rı­nı güc­lən­di­rib­lər.

- Fon­dun fəa­liy­yə­ti­nin prio­ri­tet is­ti­qa­mət­lə­ri üz­rə hə­ya­ta ke­çi­ril­miş digər layihələ­r barədə nə deyə bilərsiniz?   

- Qeyd et­di­yim ki­mi, Fon­dun fəa­liy­yə­ti­nin əsas is­ti­qa­mət­lə­rin­dən bi­ri qə­zet­lə­rə ma­liy­yə yar­dı­mı­nın gös­tə­ril­mə­si­dir. Kon­sep­si­ya­da ək­si­ni tap­mış 19 is­ti­qa­mət üz­rə la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si üçün Fond il­də 2 də­fə mü­sa­bi­qə elan edir. Bu mü­sa­bi­qə­lə­rin şərt­lə­ri­nə ca­vab ve­rən qə­zet­lər hə­min is­ti­qa­mət­lər üz­rə 6 ay ərzin­də la­yi­hə­lər ic­ra edir­lər. Fond hə­min la­yi­hə­lə­rin mo­ni­to­rin­qi­ni hə­ya­ta keçirir və hər ayın so­nun­da qə­zet­lə­rə növ­bə­ti ma­liy­yə və­sai­ti­ni ayı­rır.

Fon­dun ma­liy­yə dəs­tə­yi ilə ic­ra edi­lən la­yi­hə möv­zu­la­rı cə­miy­yət hə­ya­tı­nın ən müx­tə­lif sa­hə­lə­ri­ni əha­tə edir. Və­tən­daş cə­miy­yə­ti, hü­qu­qi döv­lət qu­ru­cu­lu­ğu, fi­kir, söz və mə­lu­mat azad­lı­ğı­nın, plü­ra­liz­min in­ki­şaf et­di­ril­mə­si, Er­mə­nis­tan-Azər­bay­can Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si haq­qın­da hə­qi­qət­lə­rin dün­ya ictimaiyyəti­nə çat­dı­rıl­ma­sı, Azər­bay­ca­nın dün­ya bir­li­yi­nə in­teq­ra­si­ya­sı, Azərbayca­nın döv­lət­çi­lik ta­ri­xi­nin, mil­li adət-ənə­nə­lə­ri­nin, elm və mə­də­niy­yə­ti­nin təbliği, gənc nəs­lin mil­li mən­lik şüu­ru­nun in­ki­şaf et­di­ril­mə­si və və­tən­pər­vər­lik hiss­lə­ri­nin tər­bi­yə­si, re­gi­on­la­rın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın təş­viq edil­mə­si və mü­hüm əhə­miy­yət kəsb edən di­gər möv­zu­lar mət­bu­at­da ge­niş işıq­lan­dı­rı­lır, təh­lil edi­lir.

Kon­kret ola­raq bil­di­rim ki, 2016-ci il­də və 2017-ci lin birinci yarısında gündə­lik, gü­na­şı­rı və həf­tə­lik nəşr olu­nan 33 qə­ze­tin təq­dim et­di­yi la­yi­hə təkliflə­ri Fon­dun tə­ləb­lə­ri­nə ca­vab ver­di­yi üçün on­la­ra ma­liy­yə və­sai­ti ay­rı­lıb. Həmin qə­zet­lər­də "Azər­bay­can Res­pub­li­ka­sın­da Küt­lə­vi İn­for­ma­si­ya Vasitələrinin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Kon­sep­si­ya­sı"nda nə­zər­də tu­tul­muş 19 is­ti­qa­mət üz­rə 9 min sə­hi­fə­dən çox ya­zı dərc edi­lib, ey­ni za­man­da hə­min qə­zet­lə­rin in­ternet sə­hi­fə­lə­rin­də yer­ləş­di­ri­lib.

Xü­su­si vur­ğu­la­maq is­tər­dim ki, Fond qə­zet­lə­rə ma­liy­yə yar­dı­mı göstərməklə yana­şı, KİV-lər­də Azər­bay­ca­nın ədə­bi di­li­nin qo­run­ma­sı mə­sə­lə­si­nə də xü­su­si diq­qət ayı­rır. Fon­dun ma­liy­yə dəs­tə­yi ilə hər il "Azər­bay­can mət­bu­at məka­nın­da ədə­bi di­lin qo­run­ma­sı", "Azər­bay­can te­le­ra­dio mə­ka­nın­da ədə­bi di­lin qo­run­ma­sı" və  "Jur­na­list pe­şə­kar­lı­ğı­nın ar­tı­rıl­ma­sı" möv­zu­sun­da la­yi­hə­lər hə­ya­ta ke­çi­ri­lir. La­yi­hə­lər 6 ay müd­də­tin­də ic­ra edi­lir, apa­rı­lan mo­ni­to­rinq­lər za­ma­nı Azər­bay­can me­dia və te­le­ra­dio məka­nı­nın dil prob­lem­lə­ri araş­dı­rı­lır, onun tənzim­lən­mə­si yol­la­rı mü­za­ki­rə edi­lir, mü­va­fiq tək­lif­lər ve­ri­lir.

Fond, həmçinin Azərbaycan Mətbuat Şurasının "Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır" mövzusunda layihəsinin maliyyələşdirilməsi üçün vəsait ayırıb.

- Fon­dun ke­çir­di­yi fər­di jur­na­list ya­zı­la­rı mü­sa­bi­qə­lə­ri­nə il­dən-ilə marağın art­dı­ğı­nı mü­şa­hi­də edi­rik...

- Doğ­ru qeyd edir­si­niz, Fon­dun ke­çir­di­yi mü­sa­bi­qə­lə­rə ma­raq il­dən-ilə ar­tır. "Azər­bay­can Res­pub­li­ka­sın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Dəs­tə­yi Kon­sep­si­ya­sı"na mü­va­fiq ola­raq 19 is­ti­qa­mət üz­rə ke­çi­ri­lən bu mü­sa­bi­qə­lə­rin baş­lı­ca məq­sə­di jur­na­list­lə­rin pe­şə­kar­lıq sə­viy­yə­si­ni yük­səlt­mək, ya­ra­dı­cı əmə­yi­ni sti­mul­laş­dır­maq, so­si­al və­ziy­yət­lə­ri­ni yax­şı­laş­dır­maq, ha­be­lə döv­lə­tin və ic­ti­ma­iy­yə­tin ma­raq­la­rı ba­xı­mın­dan va­cib əhə­miy­yət da­şı­yan möv­zu­la­rın me­dia­da işıq­lan­dı­rıl­ma­sı­nı tə­min et­mək­dir. Ənə­nə­vi ola­raq il­də 3 də­fə - Nov­ruz bay­ra­mı, 22 iyul - Mil­li Mət­bu­at Gü­nü, 31 de­kabr - Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü və Ye­ni il mü­na­si­bə­ti­lə ke­çi­ri­lən bu mü­sa­bi­qə­lə­rin hər bi­rin­də yüz­lər­lə jur­na­list qə­lə­mi­ni sı­na­yır.

Bu mü­sa­bi­qə­lər, ilk növ­bə­də, sağ­lam rə­qa­bət mü­hi­ti for­ma­laş­dı­ra­raq jur­nalist­lə­rin ak­tu­al möv­zu­lar üz­rə ya­zı­lar ha­zır­la­ma­la­rı­na, on­la­rın ya­ra­dı­cı­lıq vərdiş­lə­ri­nin, pe­şə­kar­lıq­la­rı­nın yük­səl­mə­si­nə, ümu­mən ye­ni təd­qi­qat və araş­dırma­la­rın apa­rıl­ma­sı­na sti­mul ya­ra­dır. Mü­sa­bi­qə­lə­rə təq­dim edi­lən ya­zı­la­rın ilbə­il həm məz­mun, həm də for­ma­ca tək­mil­ləş­mə­si, jur­na­list­lə­rin fər­di ya­ra­dı­cı­lıq key­fiy­yət­lə­ri­nin, ya­zı üs­lu­bu­nun püx­tə­ləş­mə­si ke­çi­ri­lən mü­sa­bi­qə­lə­rin müs­təs­na əhə­miy­yə­ti­ni bir da­ha aş­ka­ra çı­xa­rır. Fond ya­ra­nan­dan çox­lu say­da jur­na­list bu mü­sa­bi­qə­lər­də iş­ti­rak edə­rək pe­şə­kar­lıq­la­rı­nı ar­tır­maq­la bə­ra­bər, so­si­al və­ziy­yət­lə­ri­ni yax­şı­laş­dır­maq im­ka­nı əl­də et­miş­lər.

Ümumiyyətlə, Fond ötən 8 il­də Ba­kı­nın Qa­ra­dağ, Sə­ba­il, Ni­za­mi, Bi­nə­qə­di, Nəsimi, Su­ra­xa­nı ra­yon ic­ra ha­ki­miy­yət­lə­ri, ha­be­lə Təh­sil, Əmək və Əha­li­nin So­si­al Mü­da­fiə­si, Mə­dəniy­yət və Tu­rizm, Eko­lo­gi­ya, Ra­bi­tə və Yük­sək Texnologi­ya­lar na­zir­lik­lə­ri, Döv­lət Sta­tis­ti­ka Ko­mi­tə­si, Azər­bay­can Həm­kar­lar İtti­faq­la­rı Kon­fe­de­ra­si­ya­sı, Al­ter­na­tiv və Bər­pa Olu­nan Ener­ji Mən­bə­lə­ri üz­rə Döv­lət Agent­li­yi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Mil­li Olim­pi­ya Ko­mi­tə­si, Azər­bay­can Fut­bol Fe­de­ra­si­ya­la­rı As­so­sia­si­ya­sı, Müəllif Hüquqları Agentliyi, "Azər­bay­can Ha­va Yol­la­rı",  "Azər­su", “Azərişıq” və "Azə­ril­mə" ASC-lərlə bir­gə fərdi jurnalist yazıları müsabiqələri təş­kil edi­b.

2016-ci il­də bi­la­va­si­tə Fond tə­rə­fin­dən və di­gər qu­rum­lar­la bir­gə ke­çi­ril­miş 11 mü­sa­bi­qə­də 816 nə­fər jur­na­list iş­ti­rak edib, on­lar­dan 445 nə­fər­i qa­lib ola­raq mü­ka­fat­lan­dı­rı­lıb. Eyni zamanda, 2017-ci ilin birinci yarısında Fondun Novruz bayramı və Milli Mətbuat Günü münasibətilə, eləcə də "Azərsu", Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Müəllif Hüquqları Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrində 500 nəfərədək jurnalist iştirak edib, onlardan 300 nəfərədək jurnalist qalib olaraq mükafatlandırılıb.

 Mü­şa­hi­də­lə­ri­miz gös­tə­rir ki, jur­na­list­lər si­vil rə­qa­bət şə­rai­tin­də ke­çən bu mü­sa­bi­qə­lər­də uğur qa­zan­maq üçün ya­zı­lar üzə­rin­də da­ha səy­lə, mə­suliy­yət­lə iş­lə­yir­lər. Onu da qeyd edim ki, Fond 2009-2015-ci və 2016-cı il­lər­də ke­çir­di­yi fər­di jurna­list ya­zı­la­rı mü­sa­bi­qə­lə­ri­nin qa­lib­lə­ri­nin ya­zı­la­rı­nın seç­mə qay­da­da ən yax­şı­la­rını top­la­ya­raq ötən il "Sö­zün zir­və­sin­də" ad­lı ki­tab nəşr et­di­rib. Bu ad­dım müsa­bi­qə­lər­də se­çil­miş ya­zı­la­rın bir top­lu­da qo­ru­nub sax­la­nıl­ma­sı ilə ya­na­şı, jurn­a­lis­ti­ka sa­hə­si­nə ye­ni qə­dəm qoy­muş şəxs­lər üçün me­to­dik və­sa­it və nü­mu­nə ya­rat­maq məq­sə­di da­şı­yır. Bu ənə­nə­nin gə­lə­cək­də də da­vam et­di­ril­mə­si nə­zər­də tu­tu­lur.

- KİV-lə­rin döv­lət qu­rum­la­rı ilə əla­qə­lə­ri­nin ge­niş­lən­di­ril­mə­si Fon­dun Nizam­na­mə­sin­də ək­si­ni tap­mış prio­ri­tet mə­sə­lə­lər­dən­dir. Bu sa­hə­də han­sı tədbir­lər hə­ya­ta ke­çi­ri­lir?

- Bə­li, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri ilə döv­lət qu­rum­la­rı ara­sın­da mü­na­si­bət­lə­rin in­ki­şaf et­di­ril­mə­si mə­sə­lə­si KİV-lə­rə Döv­lət Dəs­tə­yi Kon­sep­si­ya­sın­da və Fon­dun Ni­zam­na­mə­sin­də ək­si­ni ta­pıb. Biz bu mə­sə­lə­ni da­im diq­qət mər­kə­zin­də sax­la­ya­raq bir sı­ra mər­kə­zi və yer­li ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı ilə qar­şı­lıq­lı fay­da­lı əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si­nə xid­mət edən təd­bir­lər ke­çir­mi­şik. Ötən 8 ildə Fond me­dia rəh­bər­lə­ri­nin iş­ti­ra­kı ilə Ba­kı­nın Sə­ba­il, Ni­za­mi, Su­ra­xa­nı, Qa­ra­dağ, Bi­nə­qə­di, Ya­sa­mal rayonlarında, böl­gə­lər­dən - Yev­lax, Şəm­kir, Zər­dab, Qə­bələ, Ma­sal­lı, Qu­ba, İmişli ra­yon­la­rın­da, Gən­cə, Lən­kə­ran, Naxçıvan şə­hər­lə­rin­də "Mərkəzi və yer­li ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı ilə küt­lə­vi in­for­ma­si­ya va­si­tələ­ri ara­sın­da əmək­daş­lı­ğın in­ki­şaf et­di­ril­mə­si" və "İn­for­ma­si­ya əl­də et­mək haqqın­da" qa­nu­nun şər­hi sa­hə­sində re­gi­on KİV-nin maa­rif­lən­di­ril­mə­si" möv­zu­la­rın­da kon­frans­lar təş­kil edib.

Yük­sək fə­al­lıq şə­rai­tin­də ke­çən bu təd­bir­lər­də hə­min ra­yon­la­rın rəh­bər vəzi­fə­li şəxs­lə­ri, ic­ti­ma­iy­yət nü­ma­yən­də­lə­ri və me­dia rəh­bər­lə­ri iş­ti­rak edə­rək qar­şı­lıq­lı fay­da­lı mü­za­ki­rə­lər apa­rıb­lar. Be­lə gö­rüş­lər döv­lət qu­rum­la­rı ilə küt­lə­vi in­for­ma­si­ya vasi­tə­lə­ri ara­sın­da qar­şı­lıq­lı eti­ma­dın güc­lən­mə­si­nə və si­vil əməkdaş­lı­ğın for­malaş­ma­sı­na şə­ra­it ya­ra­dır.

Bundan əlavə, 2016-cı ilin "Azərbaycanda multikulturalizm ili" elan edilməsi ilə bağlı Fond 2016-cı ilin avqust ayında Xaçmaz, dekabr ayında İsmayıllı rayonlarında etnik-dini icmaların və KİV nümayəndələrinin iştirakı ilə "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfranslar keçirib. Bundan başqa, ötən il Fond "Azərbaycanda multikulturalizm ili" çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə "Azərbaycan – multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?" və "BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur" mövzusunda iki fərdi jurnalist yazıları müsabiqəsi təşkil edib. Bundan əlavə, 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan edilməsi ilə əlaqədar Fond 2017-ci ilin aprel ayında Lənkəran şəhərində "İslam Həmrəyliyinin təbliği və təşviqində medianın rolu" mövzusunda konfrans keçirib. Fonda bu mövzuda daha bir tədbiri yaxın aylarda Xaçmaz şəhərində keçirmək niyyətindədir.

Vüqar müəllim, ölkə jurnalistləri bu günlərdə böyük sevinc və həyacan ovqatıdadırlar. Gərgin seçim prosedurlarından sonra daha 255 nəfər jurnalistin mənzillə təmin olunması barədə qərar qəbul edildi. Bu prosesin yekunları barədə nə deyə bilərsiniz? 

- Əvvəla demək istərdim ki, jurnalistlər üçün dövlət büdcəsi hesabına yaşayış binasının inşa edilməsi dünyada analoqu olmayan addımdır və Azərbaycanda mediaya yüksək dövlət qayğısının mövcudluğunu bir daha təsdiqləyir. Xatırlatmaq istərdim ki, ölkə başçısı 2010-cu il iyulun 22-də jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının inşasını nəzərdə tutan sərəncam imzaladı. Sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci sahə ərazisində 17 mərtəbəli, iki girişli, 156 mənzilli yaşayış binası inşa edilərək 2013-cü il iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə jurnalistlərə təhvil verildi. Ölkə başçısı elə həmin gün - 22 iyul 2013-cü il tarixdə "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" ikinci sərəncamı imzalamaqla jurnalistlərin bayram ovqatına əlavə sevinc qatdı.

Sərəncama əsasən, Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci sahə ərazisində 17 mərtəbəli, 3 girişli, 255 mənzilli yaşayış binasının tikintisi tam başa çatdırılıb. İyulun 20-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə həmin binanın təntənəli açılış mərasimi keçirildi, mənzillər yeni sahiblərinə hədiyyə olundu. Eyni zamanda həmin gün növbəti binanın da təməli qoyuldu.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyunun 20-də inşası başa çatmış binanın açılışında iştirak etməsi, jurnalistlər qarşısında çıxış etməsi və üçüncü binanın təməlini qoyması mediaya dövlət dəstəyinin daha bir ali təzahürü kimi tarixiləşdi. Dövlətimizin başçısı jurnalistlər qarşısında dərin məzmunlu, əhatəli, proqram xarakterli çıxışında çox düzgün olaraq qeyd etdi ki, bu gün cəmiyyətdə xüsusi yeri və rolu olan KİV əməkdaşlarının heç də hamısının mənzil problemlərini həll etmək imkanları yoxdur. Azərbaycan dövləti bunu nəzərə alaraq fikir, söz və məlumat azadlıqlarının təminatı sahəsində yürütdüyü ardıcıl və sistemli dövlət siyasətinin tərkib hissəsi olaraq KİV əməkdaşlarının mənzillərlə təmin olunmasına dəstək verir. Möhtərəm Prezidentimiz jurnalistlərlə görüşü zamanı ölkəmizin dinamik inkişafında mediasızın qarşısında duran vəzifələrdən də söz açdı, onlara daim vətənpərvər olmağı, cəmiyyətdəki problemlərin işıqlandırılmasında obyektiv və prinsipial mövqe tutmağı, düşmənə qarşı informasiya cəbhəsində səyləri birləşdirməyi tövsiyə etdi.

Dövlətimizin başçısı jurnalistlərlə səmimi söhbətləşdi, onları mənzil almaları münasibətilə təbrik etdi, ən çox arzu və istəklərini çatdırdı. KİV əməkdaşları dövlətimizin başçısının şəxsində öz yaxın dostlarını, himayədarlarını, xeyirxahlarını, himayədarlarını gördülər, ürəkdən sevindilər, qürur duydular. İyunun 20-si tarixi yüzlərlə jurnalistin və onların ailələrinin taleyində unudulmaz bir gün oldu və onlara bu sonsuz xoşbəxtliyi, sevinci məhz möhtərəm cənab İlham Əliyev bəxş etdi.

Xüsusi vurğulamaq istəyirəm ki, bundan bir gün əvvəl - iyulun 19-da dövlətimizin başçısı yeni, sayca üçüncü binanın inşası və qəzetlərə birdəfəlik maliyyə yardımının göstərilməsi ilə bağlı sərəncamlar imzaladı. Fürsətdən istifadə edərək mətbuatın maddi-texniki bazasının və jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələlərinə son dərəcə obyektiv, həssas və qayğıkeş münasibətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və çoxsaylı jurnalistlərin adından bir daha dərin təşəkkürümü bildirirəm. Dövlətimizin başçısı jurnalistlərin yaxın dostu və böyük himayədarı olduğunu növbəti dəfə təsdiqlədi.

- İyunun 20-də mənzil almış jurnalistlərin yekun siyahısı da açıqlandı.Mənzillərlə bağlı yaradılmış komissiyanın sədri kimi iddiaçı KİV əməkdaşlarının müəyyənləşdirilməsi prosesi barədə ətraflı məlumat verməyinizi istərdik...

- İki aydan çoxdur ki, bu istiqamətdə gərgin, eyni zamanda sistemli və ardıcıl iş gedir. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının tövsiyəsinə uyğun olaraq 15 may 2017-ci il tarixdə "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri"nin müəyyənləşdirilməsi, həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin şəffaf və ədalətli şəkildə həyata keçirilməsi məqsədilə birgə komissiya yaradıldı. Birgə komissiyanın tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası və Azərbaycan Mətbuat Şurasından (hər qurumdan 3 nəfər) ümumilikdə 9 nəfər nümayəndə daxil edildi.

Komissiyanın 15 may 2017-ci il tarixli ilk iclasında "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri" müəyyənləşdirildi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırıldı. Komissiya sənədlərin 2017-ci il may ayının 22-dən iyun ayının 22-dək qəbul olunması barədə qərar qəbul etdi. 16 may 2017-ci il tarixdə komissiya sədrinin və üzvlərinin iştirakı ilə  Beynəlxalq Mətbuat Mərkəzində KİV əməkdaşları üçün geniş mətbuat konfransı keçirildi. Həmin tədbirdə "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri", habelə sənədlərin qəbulu tarixi açıqlandı, media nümayəndələrini maraqlandıran suallar  ətraflı cavablandırıldı.

Komissiya ilk gündən KİV redaksiyaları ilə iclasların vaxtını müəyyənləşdirmiş və öz nümayəndələrinin həmin iclaslarda iştirakını təmin etdi. Komissiyanın sədri və üzvləri sənədlərin qəbul edildiyi günlərdə 80 kütləvi informasiya vasitəsinin redaksiyasında keçirilmiş iclaslara qatıldılar, namizədlərin müəyyən edilmiş şərt və qaydalara uyğun müəyyənləşdirilməsi prosesini izlədilər.

Komissiya tərəfindən ümumilikdə 845 sənəd qeydiyyata alındı. Fonda qəzet redaksiyalarından 208, informasiya agentliyi, sayt və portallardan 89, telekanal və radiolardan 90, mətbuat xidmətlərindən 46, veteran jurnalistlərdən 19, fərdi qaydada 393 sənəd (ümumilikdə 845) sənəd təqdim olunub. Komissiya qəbul edilmiş sənədləri iyun ayının 22-dən 30-dək araşdıraraq müvafiq bölgü üzrə qruplaşdırdı, sistemləşdirdi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etdi.  

Onu da bildirim ki, Komissiyaya və Administrasiyaya ümumilikdə 2000 sənəd təqdim olunmuşdu və onlardan 1000-ə yaxını təkrarlanan müraciətlər idi. Eyni zamanda mətbuata bilavasitə aidiyyəti olmayan insanların da müraciətləri var idi. Qalan 1000 müraciət seleksiya olundu, 255 nəfər müəyyənləşdirildi. Siyahı son dərəcə obyektiv, şəffaf, dəqiqləşdirilmiş məlumatlar əsasında hazırlandı, seçim prosesi tamamilə ədalətli və obyektiv meyarlar əsasında aparıldı. Siyahı hərtərəflidir – istər elektron media, istər televiziyalar, radiolar, istər qəzetlər, portallar, saytlar hamısı əhatə olunub. Bu dəfə veteran jurnalistlərin, mətbuat xidmətlərinin əməkdaşlarının eləcə də dünyasını dəyişmiş bəzi jurnalistlərin ailə üzvlərinin də adları mənzil alacaq şəxslər siyahısına salınıb.

İyulun 19-da "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri"nin müəyyənləşdirilməsi, həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin şəffaf və ədalətli şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış birgə komissiyanın yekun iclası keçirildi. İclasda şəxsi göstəriciləri komissiya tərəfindən elan olunmuş kriteriya və şərtlərə cavab verən KİV əməkdaşlarının müvafiq seçimlərdən sonra hazırlanmış yekun siyahısı müzakirə olundu. Komissiya üzvləri namizədlərin jurnalistika sahəsindəki xidmətlərini, ailə tərkibini, mənzilə olan ehtiyaclarını və haqqının çatmasını ­nəzərə alaraq mənzillərin bölgüsünü həyata keçirdilər. Bir daha bəyan edirəm ki, tərtib olunmuş sihahı son dərəcə obyektiv reallığı əks etdirir, ədalətlidir və hamı bunun şahidi olacaq.

Əlbəttə, çoxdu sayda jurnalist hesab edir ki, onun mənzil almağa haqqı çatır. Lakin nəzərə almaq lazımdır ki, bütün sənəd təqdim edənləri mənzillə təmin etmək mümkün deyil. Bu mənada, bəzən hətta layiqlilərin sırasından da ən layiqlilərini seçmək zərurəti yaranır. Komissiyanın sədri olaraq mən ev almayan jurnalistlərə qüssələnməməyi, təmkinli, səbirli davranmağı tövsiyə edirəm. Unutmaq lazım deyil ki, 2013-cü ildə ev almayan bir qrup jurnalist bu dəfə mənzillə təmin olundu, sevindi. Əsas məsələ budur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə bu proses davamlı xarakter alıb. İyulun 20-də üçüncü binanın təməli qoyuldu, ölkə başçısı həmin binanın qısa müddətdə inşa olunması üçün dövlətin lazımi dəstəyi verəcəyini bəyan etdi. Bu diqqət və qayğı gələcəkdə digər haqqı, xidməti, əməyi, ehtiyacı olan jurnalistlər üçün də yeni ümidlər, perspektivlər vəd edir.

Son olaraq bu günlərdə mənzil sevincini yaşayan bütün KİV əməkdaşlarını təbrik edirəm. Onlara bu xoşbəxtliyi, sevinci bəxş etmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bir daha dərin təşəkkürümü bildirir, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıram. Möhtərəm Prezidentimizi çoxsaylı media nümayəndələri adından əmin edirəm ki, bu diqqət və qayğının müqabilində Azərbaycan jurnalistikası daha da güclənəcək, peşəkarlığı, nüfuzu, məsuliyyəti  yüksələcək. Mediamız daim dövlətinin və xalqının mənafelərinin qorunması naminə əzmlə çalışacaq, dövlətimizin başçısının yüksək etimadını, diqqət və qayğısını əməli fəaliyyətləri - peşəkarlıqları, obyektivlikləri, peşə etkasına, milli maraqlara sadiqlikləri ilə doğrultmağa çalışacaqlar. 

 

Sizin Reklam Yeriniz