Əlaqə Arxiv
news Image
2017.07.22
09:00
| A A A
Media nümayəndələri Milli Mətbuatın yaranmasının 142-ci ildönümü münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər

Bu gün Milli Mətbuatın 142-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının üzvləri, eləcə də ölkənin aparıcı media orqanlarının rəhbərləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Movqe.az-ın məlumatına görə, mətbuat nümayəndələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, Ulu öndərin məzarı önünə əklil qoyublar. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Media nümayəndələri milli mətbuatın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edib, böyük mütəfəkkirin xatirəsini anaraq məzarı önünə əklil qoyublar. Həsən bəy Zərdabinin həyat və yaradıcılığı barədə danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan milli mətbuatının əsasını qoyan "Əkinçi" qəzetinin keçdiyi böyük tarixi yol haqqında ətraflı məlumat verib. Onun marifçi ideyalarından söhbət açıb.
Daha sonra Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu gün medianın bayramıdır. V. Səfərli milli mətbuatın 142 illiyi münasibətilə Həsən bəy Zərdabinin məzarı üstünə yığışdıqlarını, onun mətbuatın təşəkkül tapmasında rolundan bəhs edib. V. Səfərli mediaya dövlət qayğısından söz açaraq son illər mətbuatın inkişafı üçün görülən işlərdən də danışıb. Fondun icraçı direktoru 22 iyul Milli Mətbuat günü ərəfəsi jurnalistlər üçün ölkə başçısı İlham Əliyevin sərəncamı ilə inşa edilmiş 256 mənzildən ibarət binanın prezidentin iştirakı ilə baş tutan açılış mərasiminin KİV nümayəndələrinə əsl bayram hədiyyəsi olduğunu bildirib. V. Səfərli qeyd edib ki, mətbuat nümayəndələri üçün daha bir yaşayış binasının da məhz həmin gün təməli qoyulması, mətbuat nümayəndələrinə dövlət qayğısının davamlı olmasından xəbər verir. 
Xalq qəzetinin baş redaktoru  Həsən Həsənov da milli mətbuatın təşəkkülündə Həsən bəy Zərdabinin rolundan bəhs edən nitq söyləyib. 


Zülfiyyə QULUYEVA 
 

 

Sizin Reklam Yeriniz