Əlaqə Arxiv
news Image
2017.07.27
09:15
| A A A
Moskva İrəvana qarşı Qarabağ təzyiqlərinə başlayır
Aydın Ağayev: “Ölkəmizi qane edəcək proseslər daha da dərinləşəcək” Natiq Miri: “Rusiyanın vassalı olan Ermənistan artıq bu ölkənin əyalətlərindən birinə çevrilib”

Prezidentlərin Soçi görüşündən sonra Ermənistanda ciddi narahatlıq hökm sürür. Burada iddialar səslənir ki, Azərbaycanı istəyi ilə Rusiyanın Ermənistana Qarabağ təzyiqləri artacaq. Bu mümkündürmü?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, prezidentlərin Soçi görüşünü müsbət dəyərləndiririksə, deməli, ermənilərin narahat olmasına əsaslar var və ona münasibətdə Moskva tərəfindən Qarabağ təzyiqləri artacaq: “İnformasiya məkanında bu kimi məlumatların yer alması çox yaxşı haldır. Ermənistandan Rusiya tərəfindən İrəvana Qarabağla bağlı təzyiqlərin artacağı haqda informasiyalar gəlirsə,  deməli Azərbaycan düz yoldadır. Deməli ölkəmizi qane edəcək proseslər daha da dərinləşəcək. Erməniləri tanıyan hər kəs bilir ki, onlar üçün yalnız qorxu yarananda kiməsə arxayın olaraq lovğalanmaqdan əl çəkir və artıq yayına biləcək problemlərdən danışmağa başlayırlar. Belə bir tendensiya başlayıb və davam edəcəksə, yaxşı haldır. Bu cür informasiyaları Rusiyada da görür, bəzən münasibət də bildirirlər. 
Ermənistanda Dağlıq Qarabağla bağlı bu və ya digər məsələyə hansısa narazılıq ifadə edən informasiyalar yayılan kimi dəfələrlə müxtəlif səviyyələrdə Rusiyadan həmişə sərt reaksiyalar da olub və olur. İnformasiya məkanında məhz bu nöqtələrə xüsusi fikir vermək lazımdır. Çünki burada bizi qane edəcək məqamlar var. Gerçəklikdə bu dediklərimin necə əks olunacağına gəldikdə isə, bunu zaman göstərəcək. Amma hər bir halda Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünü müsbət dəyərləndiririksə, deməli, buna əsaslar var. Mənim üçün sadə bir həqiqət var. Bütün bu məsələlərlə bağlı ermənilər narahat olursa, deməli, proses həqiqətə doğru hansısa işartılar verir. Beynəlxalq təşkilatlar qarşısında hansısa məsələni qaldırdığımız an ermənilər onun əleyhinə çıxırsa, bu zaman mübarizə və qarşıdurmada onların zəif nöqtələri üzə çıxır. 
Ermənilərin narahat olması onların xislətinə xas olan haldır. Konkret olaraq problemlə bağlı həmin nöqtələri hər zaman hədəf nöqtəsi kimi vurmalıyıq. Gedən informasiya müharibəsində də bütün bunlar beynəlxalq və regional ictimai rəydə bizə dividend verir, üstünlüyümüzü, mövqelərimizin möhkəmləndiyini göstərir. Bu da erməniləri narahat edir, qoy narahat olsunlar”.   
Politoloq Nati    q Miri isə qeyd deir: “İlk olaraq burada Ermənistanda Azərbaycan və Rusiya prezidentlərinin görüşündən sonra yaranan narahatçılığın əsasları barədə düşünmək lazımdır. Ermənistanda anlayırlar ki, prezidentlər arasında Soçidə olan təcili görüş Rusiya və Azərbaycan arasında süni yaradılmış problemlərlə bağlı idi. Görünür, bu fonda da prezidentlər səviyyəsində görüşə ehtiyac duyuldu. Ermənistanın bununla bağlı əndişələnməsi də onunla bağlıdır ki, Rusiya ilə Azərbaycan arasında süni yaradılan problemlərin müəllifləri məhz ermənilərdir. Bu ermənilər də xaricdəki erməni diasporu və onların Rusiya dövlət hakimiyyətindəki bəzi yüksək çinli məmurlardır. Ona görə də belə bir vəziyyətin iki prezident arasında görüşdə ifşa olunması və İrəvanda onun bədəli olaraq bəzi məsələlərlə bağlı Ermənistana təzyiqlərin ola biləcəyi əndişəsi hökmrandır. Bu səbəbdən də Ermənistanda hay-küy salmağa başlayıblar. Hansı ki, bu da tipik erməni xislətindən irəli gələn bir davranışdır. 
Ermənilər adətən, olmayacaq bir hadisəni əvvəlcədən qabartmaq, qışqır-bağır salmaqla bütün dünya ictimaiyyətini oyadır və yazıq erməni obrazı yaratmaqla təzyiqlərdən sığortalanmaq istəyirlər. Düşünmürəm ki, Rusiya prezidenti Putin ermənilərin Bakı ilə Moskva arasında münasibətlərin pozulmasında nə qədər maraqlı olduqlarını bilməsin. Onu da nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ münaqişəsində moderator rolunda iştirak edən Rusiya 24 il ərzində çözüm istiqamətində bir nəticə belə əldə etməyibsə, bu, artıq Moskvanın vasitəçi və moderator roluna ciddi bir kölgə salır. Fikrimcə, artıq bu barədə düşünmək lazımdır. Bəlkə də Azərbaycan Prezidenti həmin görüşdə dolayısı ilə rusiyalı həmkarına həmin məqamı da anladıb. Çünki mövcud proses və bu fonda Rusiyanın moderatorluğu belə uzun müddətə qədər davam edə bilməz. 24 ildir ki, məsələ çözülmürsə, deməli, ortada ciddi bir problem var. Həmin problem də ya həmin moderator ölkənin niyyət və davranışlarından qaynaqlanır, yaxud da məsələni qəsdən çözmək istəməyən dövlətlə üz-üzəyik. 
Rusiya anlamalıdır ki, heç bir müqəddəs yer boş qalmır. Dünyada Moskvaya alternativ güc mərkəzləri də var. Donald Tramp adminstrasiyası da bu yöndə ciddi alternativ ola bilər. O mənada ki, barak Obama dönəmindən fərqli olaraq Tramp adminstrasiyası öz gözləniməzliyilə fərqlənir. Sabah onun bu istiqamətdə hansı qərarlar verəcəyi təbii ki, Vladimir Putin Rusiyası üçün də gözlənilməz olaraq qalır. 
Ermənistana təzyiqin olub-olmamasına gəldikdə, düşünürəm ki, bu istiqamətdə dəyişiklik olmayacaq. Çünki dünən Rusiyanın vassalı olan Ermənistan artıq bu ölkənin əyalətlərindən birinə çevrilib. O baxımdan Ermənistanın missiyası Putin üçün aydındır. Hələ də Ermənistan geosiyasi faktor olaraq Rusiya tərəfindən aktiv şəkildə istifadə olunmaqda davam edir”.
 

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz