Əlaqə Arxiv
news Image
2017.07.27
22:00
| A A A
Rusiya BMT-yə yeni səfir təyin edib

Rusiyanın BMT-dəki yeni daimi nümayəndəsi təyin olunub.APA-nın Moskva müxbirinin məlumatına görə, prezident Vladimir Putin xarici işlər nazirinin müavini Vasili Nebenzyanın Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin olunması haqqında sərəncam imzalayıb.Prezidentin digər sərəncamı ilə V. Nebenzya Rusiya XİN başçısının müavini vəzifəsindən azad olunub.Qeyd edək ki, Rusiyanın BMT">BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin qəfil ölümündən sonra bu vəzifə boş qalmışdı. V. Çurkin bu ilin fevralında Nyu-Yorkda vəfat edib. O, bu vəzifəni 2006-cı ilin aprelindən tuturdu.

Sizin Reklam Yeriniz