Əlaqə Arxiv
news Image
2013.02.26
12:22
| A A A
Xocalı soyqırımı ilə əlaqədar BMT-nin və ATƏT-in Kiyev şəhərindəki nümayəndəlikləri qarşısında etiraz aksiyası keçirilib

"Xocalıya ədalət" kompaniyası çərçivəsində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Ukraynanın müxtəlif vilayət və şəhərlərində həyata keçirdiyi silsilə tədbirlər BMT-nin və ATƏT-in Kiyev şəhərindəki nümayəndəlikləri qarşısında etiraz aksiyası ilə davam etdirilib.

Birlikdən Movqe.az-a verilən məlumata görə, Kiyev şəhərinin mərkəzindən BMT-nin və ATƏT-in Ukraynadakı nümayəndəliklərinin qarşısınadək yürüş edən Ukraynanın müxtəlif vilayət və şəhərlərində yaşayan azərbaycanlı gənclər və Ukrayna Azərbaycanlıları Konqresinin fəalları aradan 21 il ötməsinə baxmayaraq, ermənilərin Xocalı şəhərində törətdikləri bəşəri cinayətə hüquqi siyasi qiymət verməyən beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyiblər.

Yürüş zamanı "Beynəlxalq təşkilatlar və dünya birliyi ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqrım siyasətinə vaxtında hüquqi siyasi qiymət verməsə, gələcək nəsillər qarşısında bu faciəni törədənlər qədər məsuliyyət daşıyacaq", "Erməni işğalına son qoyulsun", "Dağlıq Qarabağ işğaldan azad olunmalıdır" kimi şüarlar səsləndirilib.

Etiraz aksiyasına qoşulan, türk, tatar və ukraynalı gənclər də Xocalı faciəsini insanlığa qarşı bəşəri cinayət adlandıraraq dünya birliyini belə bir soyqrım aktına qiymət verməkdə cəsarətli addım atmağa çağırıblar.

Etiraz aksiyasında ATƏT-in və BMT-nin Ukraynadakı nümayəndəliklərinin təmsilçiləri ilə görüşən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Konqresin Ali Məclisinin sədri Akif Gülməmmədov və Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov nüfuzlu beynəlxalq təşkilatların indiyədək erməni işğalına və təcavüzünə göz yummalarını tarixi ədalətsizlik kimi qiymətləndirib və bu qurumları Dağlıq Qarabağ məsələsinə ikili standartlar prizmasından yanaşmalarına son qoymalarını tələb ediblər.

Təxminən 2 saat davam edən etiraz aksiyasının sonunda Ukrayna Azərbaycanlı Gənclər Birliyi və Ukrayna Azərbaycanlıları Konqresinin birgə hazırladıqları qətnamə BMT və ATƏT-in Ukraynadakı nümayəndəliklərinə təqdim olunub.

Sizin Reklam Yeriniz