Əlaqə Arxiv
news Image
2017.08.12
10:45
| A A A
AXCP sədrinə qaranlıq mənbələrdən ötürülən milyonlar
Mais Səfərli: “Əli Kərimli öz maliyyə hesabını açıqlamaq istəmirsə, məsələyə hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir” Məmməd Əlizadə: “Radikal müxalifət liderləri əldə etdikləri komfort həyatı heç də təmiz yollarla qazanmayıblar”

AXCP üzvü Paşa Umudov sədrləri Əli Kərimlinin ailə üzvlərinin yaşadığı komfort şəraitin kontekstində cəbhəçilərin istismar edildiyini bildirib. O, Əli Kərimlinin təkcə övladlarının təhsilinə 1 milyondan çox pul xərclədyini bildirib. Amma Əli Kərimli bu və digər pulların mənbəyini açıqlamaqdan hələ də imtina edir. Həmin pullar haradandır və nədən bunun mənbələri açıqlanmır?

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, AXCP sədri özü açıqlamadığı təqdirdə, onun maliyyə mənbələrinə hüquq-mühafizə orqanları aydınlıq gətirməlidirlər: “Açığını deyim ki, Əli Kərimlidə olan pulların mənbəyinin nədən açıqlanmadığı barədə sual əslində, siyasətçilərə deyil, hüquq-mühafizə orqanlarına ünvanlanmalıdır. 
Bildiyiniz kimi, Azərbaycanda siyasi təsisatların, o cümlədən siyasi partiyaların və onlara rəhbərlik edən şəxslərin hansısa qaranlıq mənbə və xarici ölkələrdən maliyyələşdirilməsi qanunla qadağan olunub. Bu, təkcə Azərbaycanda deyil, bütün demokratik hüquqi dövlətlərdə belədir. Bu mənada sıravi cəbhəçinin öz sədrini ittiham etməsində bir həqiqət də var. Doğrudan da AXCP-də çoxlu sayda ömürlərini təşkilata həsr edən aldanmış insanlar var. Bu gün onların böyük əksəriyyəti işsiz-gücsüz, evsiz-eşiksiz qalıblar, artıq yaşa dolublar. Amma bunun müqabilində cəbhəçilərin özlərinin də etiraf etdiyi kimi, sədrləri komfort həyat tərzi keçirir. Cəbhəçinin öz sədrlərini ifşa etməsi ictimai marağa da səbəb olub. İctimaiyyət də ciddi şəkildə proseslə maraqlanaraq düşünür ki, Əli Kərimli öz maliyyə hesabını açıqlamaq istəmirsə, məsələyə hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir. 
Söhbət təkcə Əli Kərimlidən getmir, ümumiyyətlə, cəmiyyətdə tanınan və siyasi fəaliyyətlə məşğul olan və hakimiyyətə iddialı olanların fəaliyyətləri tam açıq olmalıdır. Onların əldə etdikləri maliyyə qaynaqları cəmiyyət üçün tam şəffaf və açıq olmalıdır. Əks təqdirdə, məsələ ciddi bir problemə gətirib çıxara bilər”.  
Politoloq Məmməd Əlizadə qeyd etdi ki, radikal müxalifət liderləri həm rəhbərlik etdikləri siyasi təşkilat, həm də şəxsi müstəvidə fəaliyyətlərini şəffaf qurmadıqlarından əldə etdikləri maliyyə vəsaitlərinin mənbələrini də açıqlamaqdan yayınırlar: “Doğrudan da AXCP və digər müxalifət partiyalarında sıravi üzvlər çox acınacaqlı vəziyyətdə yaşayırlar. Amma bunun müqabilində Əli Kərimli və digər müxalif liderləri komfort şəraitdə yaşayır. Hətta onlardan bəziləri xaricdə villa və mülklərə də sahibdirlər. Onlar hətta övladlarını da təhsil almaq üçün xaricə göndərir və bu zaman onların təhsilinə milyonlarla dollar pul tökürlər. Amma belə komfort həyat sürmələrinə rəğmən, Əli Kərimli bu günə qədər həmin komfort şəraiti hansı mənbələr hesabına yaratdığına dair  cəmiyyətə hər hansı bir məlumat verməyib. Deməlİ, həmin komfortu heç də təmiz yollarla qazanmayıb. Ona görə də əldə etdiyi pulların mənbəyini açıqlamaqdan imtina edirlər. 
Müxalifət liderlərinə bu pulları böyük ehtimalla, Azərbaycanı istəməyən xaricdəki hamiləri ötürüblər. Bunun nəticəsidir ki, müxalifətin bütün fəaliyyəti ancaq və ancaq xaricdəki dəstəkçilərinin göstəriş və tapşırıqlarını icra etməkdən ibarət olub və bu indi də belədir”. 
 

R. SULTANOV

Sizin Reklam Yeriniz