Əlaqə Arxiv
news Image
2017.08.15
07:00
| A A A
Qarabağda yorucu müharibə Ermənistanı təslim olmağa vadar edir
İbrahim Rüstəmli: “Düşməni daim siyasi və hərbi təzyiq altında saxlamaq, itkilərə məruz qoymaq Azərbaycan üçün indiki məqamda ən əlverişli yoldur” Elman Məmmədov: “Bütün bunlar Azərbaycanın həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir”

Erməni politoloq, “Modus Vivendi” mərkəzinin rəhbəri, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara əl atmadan Dağlıq Qarabağda istədiyinə nail olduğunu düşünür:  “Bunun nəticəsi odur ki, ötən il Ermənistandan və Qarabağdan miqrasiya güclənib. Bu, Azərbaycanın ən böyük qələbəsidir”. Yerli şərhçilərin də fikrincə, erməni politoloq düzgün proqnozla çıxış edir. Belə ki, artıq erməni ziyalıları da Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının ermənilərin özünə zərbə olduğunu anlayırlar. 

Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, hər şeyi zamanın öhdəsinə buraxmamalıyıq: “Ancaq bu fonda vəziyyətin nisbətən xeyrimizə dəyişdiyini də vurğulamaya bilmərəm. Əlbəttə, Ermənistan kimi kiçik bir dövlət üçün əsgər itkiləri həmişə böyük səs-küy doğurub. Düşməni daim siyasi və hərbi təzyiq altında saxlamaq, itkilərə məruz qoymaq Azərbaycan üçün indiki məqamda ən əlverişli yoldur. Başqa sözlə desək, bizi bu yola Ermənistanın özü vadar edir. Eyni zamanda münaqişə fonunda nəsil dəyişmələrinin də danılmaz təsirləri özünü qabarıq göstərməkdədir. 
Yeni nəsil erməni gəncləri Qarabağ haqqında fərqli düşüncələrilə bizə daha yaxındırlar. Onlar bu münaqişəni özləri üçün tamamilə artıq yük sayırlar. “Aprel döyüşləri”ndə silah-sursatını atıb geriyə qaçan gənc erməni əsgərləri də məhz bu nəslin nümayəndələri idilər. Həmin döyüşlərdə erməni hərbi rəhbərliyi dərhal səngərə beli bükülmüş, ağzında dişi olmayan, hətta avtomat silahı belə əlində zorla saxlayan qoca dığaları göndərməyə başladı. Bu, artıq çox ciddi məqamlardan xəbər verən faktdır: Ermənistanda nəsillər arasında genetik əlaqə son dərəcə zəifləyib. İnformasiyaların ötürülməsi prosesində yaranan dinamik qüsurlar problemin aktuallığını asta-asta arxa plana ötürür. Bu da öz növbəsində Ermənistan iqtidarının Qarabağ kartından öz xeyrinə istifadə etmək imkanlarını qat-qat azaldır. Prosesin davamlı formada, xüsusilə, həndəsi silsilə şəklində getdiyini nəzərə alsaq, zaman, doğrudan da, Ermənistanın xeyrinə işləmir”.
Polkovnik-leytenant onu da vurğuladı ki, bu vəziyyət mövcud münaqişəsinin həlli perspektivinə çox şeylər vəd edir: “Səhnədə artıq fərqli tamaşalar oynanılır. Rolların məzmunundakı ciddi mövqe dəyişikliyi yüz verstdən hiss olunur: Dünən Qarabağda döyüşən ermənilər, bu gün artıq etiraz əlaməti olaraq, işğal edilmiş torpaqlarda həlak olan övladlarının nəşini öz çiyinlərində İrəvana aparırlar və Ermənistan iqtidarını bu itkilərə görə qınayırlar. 
İctimai rəydə müşahidə olunan köklü dəyişiklər əslində, gələcəkdə baş verməsi mütləq sayılan mühüm hadisələrin ilk anonsudur. Və ən əsası, bu hadisələr kim(lər)insə istəyilə reallaşmır. Tarixi təcrübələrə söykənsək, onların kökü qarşısıalınmaz təbii proseslərdən qaynaqlanır. Qarabağ ətrafında cərəyan edən hadisələrin ümumi gedişi erməni əhalisinin bu problemlə bağlı düşüncələrində ciddi deqradasiya ilə müşahidə olunur. Bu isə artıq Ermənistan iqtidarının ictimai dəstəkdən məhrum olması, işğal siyasətinin fiaskosu deməkdir”.
Millət vəkili Elman Məmmədov bildirdi ki, Ermənistandan, Dağlıq Qarabağadan ermənilərin miqrasiyası 1988-ci illərdən başlayıb: “Dağlıq Qarabağda artıq müəyyən təbəqə ermənilər qalıb. Onlar əsasən hərbiçilər, idarəetmədə olanlar və imkansız insanlardır. Ölüm, müharibə qorxusundan gənclər ordan qaçırlar. 
Ermənistan bütövlükdə iqtisadi, siyasi iflasa uğramış dövlətdir. Ermənilər isə vətənsiz etik toplumdur. Harada şərait varsa, ora gedirlər. Sovet dövründə 3 milyon əhalisi olan Ermənistanda artıq milyon yarım əhali qalmayıb. Erməni ziyalıları da bilirlər ki, ərazi ermənilərsiz qalacaq. Bütün bunlar Azərbaycanın həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. 
Son illər bu cür düşünən ermənilərin sayı artıb. Maraqlısı odur ki, onlar sirvai ermənilər deyilər. Onlar bilirlər ki, Ermənistanın səhv siyasəti bu cür dözülməz şərait yaradıb. Getdikcə bundan da çətin vəziyyətə düşəcəklər. Çıxış üçün isə bir yolları var. Bu da işğal altında saxladıqları Azərbaycanın əraziləri qaytarmaqdır. Eyni zamanda Azərbaycan və Türkiyə ilə normal qonşuluq siyasəti yürütməlidirlər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz