Əlaqə Arxiv
news Image
2017.08.16
16:49
| A A A
DSX əməkdaşlarına fəxri adlar verilib - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
 
Movqe.az-ın məlumatına görə, uzunmüddətli səmərəli fəaliyyətinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib:
 
“Əməkdar müəllim”
 
Qəhrəmanova Çimnaz Müslüm qızı
 
“Əməkdar həkim”
 
Yusif-zadə Kənan Rafael oğlu – tibb xidməti polkovnik-leytenantı
Fərəcova Sona Ədalət qızı – tibb xidməti polkovnik-leytenantı
 
“Əməkdar dövlət qulluqçusu”
 
Namazova Raisə Vəli qızı
 
“Əməkdar jurnalist”
 
Cahangirov Rövşən Qiyas oğlu – kapitan
 
“Əməkdar tibb işçisi”
 
Əlirzayeva Heyranə Tofiq qızı – baş gizir.

Sizin Reklam Yeriniz