Əlaqə Arxiv
news Image
2017.08.18
00:27
| A A A
Barselonada xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırlır

Azərbaycanın İspaniyadakı səfirliyi Barselonada baş verən terror aktı nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır. 

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

Onun sözlərinə görə, məsələ ilə bağlı əlavə məlumat veriləcək. 

Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 80 nəfər xəsarət alıb.

trend

Sizin Reklam Yeriniz