Əlaqə Arxiv
news Image
2017.08.21
11:45
| A A A
UNEC beynəlxalq akkreditasiya qazanıb

UNEC beynəlxalq akkreditasiya qazanıb.

Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi nüfuzlu beynəlxalq akkreditasiya qazanıb.

UNEC-dən verilən məlumata görə, məktəbin Muhasibat uçotu ixtisası ACCA (The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) tərəfindən tam akkreditasiya alıb.

Mühasibat uçotu ixtisası üzrə fənlər, imtahan prosedurları və imtahan suallarının ən yüksək beynəlxalq tələblərə uyğun olması təsdiqlənərək tələbələrə ACCA imtahanlarından azadolmalar təqdim edilib. Belə ki, tələbələr fakültədə fənləri oxuyub müvafiq sənədləri təqdim edərək ACCA kvalifikasiyalarını da əldə edəcəklər.

Qeyd edək ki, ACCA dünyada ən geniş yayılmış beynəlxalq professional assosiasiyadır. Assosiasiyada 170 ölkədən 404 min tələbə və 140 min üzv qeydiyyatdadır.

Sizin Reklam Yeriniz