Əlaqə Arxiv
news Image
2017.08.21
13:16
| A A A
Rosen Plevneliev: Gələcəyimizin daha yaxşı qurulması üçün gənclərin bir araya gəlmələri çox önəmlidir

Ümumiyyətlə, Qlobal Bakı Forumu özünü uğurla doğruldub. İndiyə qədər Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə beş Qlobal Forum keçirilib. Dünyanın müxtəlif ölkələrindən siyasi liderlər, mədəniyyət adamları, ictimai xadimlər bu forumlarda planetimizin gələcəyi üçün vacib olan məsələləri müzakirə edir, önəmli qərarlar qəbul edirlər. İndi isə Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir. İlk dəfə keçirilən bu forum çox önəmli tədbirdir.

Movqe.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Qlobal Gənc Liderlər Forumunda iştirak edən Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev deyib.

Sabiq Prezident qeyd edib ki, Qlobal Gənc Liderlər Forumu gələcək həyatımız baxımından mühüm tədbirdir. Bu Forum dünyanın müxtəlif yerlərindən gəncləri bir məkanda toplayır. Gələcəyimizin daha yaxşı qurulması, planetimizin gələcək həyatına kömək üçün bundan yaxşı yol yoxdur. Gənclər həm fəaldırlar, həm də onların öz mövqeyi var. Ümumi fikrə gəlmək üçün debatları gənclərsiz təsəvvür etmək mümkün deyil. Bu baxımdan dünyanın müxtəlif ölkələrindən gənclərin Bakıya gələrək bu Forumda iştirakı çox önəmlidir. Onlar həm fikir mübadiləsi aparacaq, həm də gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəklər. Qlobal Gənc Liderlər Forumunda iştirak edən dünyanın nüfuzlu insanları, sabiq dövlət və hökumət başçıları çox müdrik insanlardır. Gənclərin və bu təcrübəli şəxslərin birgə müzakirə aparmaları çox əhəmiyyətlidir.

Sizin Reklam Yeriniz