Əlaqə Arxiv
news Image
2017.08.22
09:53
| A A A
FHN helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatına qoşulub - YENİLƏNİB

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri avqustun 22-də saat 06:30 radələrindən Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsində kəşfiyyat uçuşlarına başlayıb.
 
Bu barədə FHN-dən Movqe.az-a məlumat verilib.
 
Helikopter saat 06:40 radələrindən isə yanğının söndürülməsi əməliyyatına qoşulub.
 
 
***
 
saat 09.51
 
Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının helikopterlərlə söndürülməsi prosesi bərpa olunub.
 
Prosesdə Gürcüstanın iki və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir helikopteri iştirak edir. Bu gün Türkiyənin iki helikopterinin də yanğının söndürülməsinə cəlb olunacağı gözlənilir.
 
Yanğınla bağlı yaradılmış xüsusi qərargahdan təbii fəlakət zonası yaxınlığında yaşayan əhalinin təxliyəsinə ehtiyac olmadığı bildirilib.
 
Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının söndürülməsinə imkan vermir. Hadisə yerinə 250 yanğınsöndürən cəlb olunub.  
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

 

Sizin Reklam Yeriniz