Əlaqə Arxiv
news Image
2017.08.23
09:00
| A A A
Azərbaycan informasiya məkanında da erməniləri ciddi məğlubiyyətə uğradır
Virutal aləmdə gedən savaşda Azərbaycana uduzan Ermənistan çaş-baş vəziyyətdədir

Son günlər Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda Azərbaycan Ordusu haqqında daxili auditoriyaya hesablanmış yalan və saxta məlumatlar yayılır.Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, bütün bunlar erməni xüsusi xidmət orqanları və “əks-təbliğat mütəxəssisləri” tərəfindən qeyri-peşəkar səviyyədə hazırlanmış əsassız kağız parçasıdır. Ermənistan tərəfi bu cür dezinformasiyaları yaymaqla özünü guya Azərbaycan Silahlı Qüvvələri barədə məlumatlı göstərməyə çalışır. Əslində isə nümayiş etdirilən “məxfi məlumatlarla dolu məktublar” o dərəcədə savadsız və səriştəsiz hazırlanır ki, onların əvvəldən axıradək saxta olduğu heç bir şübhə doğurmur. 

Ümumiyyətlə, götürdükdə saxtakarlıq erməni xislətinin başlıca meyarıdır. Hətta bu insanların milliyyəti də saxtalıqla formalaşıb. Bunu tarixdən az-çox məlumatı olan şəxslər mənbələrdən bilirlər. Amma dünyada yaşayan bütün insanlar tarixçi, yaxud tarix həvəskarları deyil və bu amil erməni saxtakarlığının işinə yarayır. Onlar daim yalan və uydurma informasiyalarla özlərinə tarix yazmağa, imic qazanmağa və rəqiblərini məğlub etməyə çalışırlar. Lakin bu işdə qələbə şansı həmişə müvəqqəti xarakter daşıdığından onlar da məğlub etmək əvəzinə məğlub olurlar. Və bu səbəbdən də getdikcə küncə qısılmağa məcbur olduqlarından daha da quduzlaşırlar.
Ötən ilin aprel ayında Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinə vurduqları zərbədən, görün, ermənilər necə dərs alıb. Onlar dərhal məğlubiyyətlərini qələbə kimi qələmə verib, dalınca da ordumuza aid yalan məlumatlarla üstün olduqlarını meydana qoymağa çalışırlar. Hətta düşmənin təxribatları zamanı əsgərlərimizin erməni hərbçilərinə ciddi ziyan vurmasına və bunları videolent şəklində fakt kimi sosial şəbəkələrdə nümayiş etdirilməsinə məhəl qoymadan erməni təbliğat maşını yalan istehsal etməkdən doymur. Həm də bu yalan və böhtanlar tək cəbhə bölgəsində baş verənlərə yox, həyatın bütün aspektlərinə aiddir. Məsələn, «Qarabağ» futbol klubunun  beynəlxalq idman aləmində qazandığı uğurları həzm etməyi bacarmayan düşmən bu amili əks-təbliğat vasitəsinə çevirməklə təskinlik tapmaq istəyir. Bu işdə əsas rolu xaricdə kök salmış erməni lobbisi və diaspor təşkilatları oynayır. Bu günlərdə İspaniyadakı bir nəşr Qarabağı qondarma “DQR”in komandası kimi təqdim edib, yəni, əslində, komandanı erməniləşdirməyə səy göstərib. Təbii ki, bu işdə erməni diasporunun barmağının olması şəksizdir. Amma Azərbaycanın təcili müdaxiləsindən sonra nəşr üzr istəyərək səhvini düzəldib və ermənilər gülünc vəziyyətə düşüblər. Əslində, ermənilərin oğurluq cəhdi özlərinə baha başa gəlib və indi həmin nəşrin kollektivi və oxucuları Qarabğ haqda daha müfəssəl məlumata malikdirlər. Yaxud, son bir neçə beynəlxalq oyun ərəfəsində rəqib komandanın saytına Qarabağın “azərbaycanlı” azarkeşləri adından saysız təhqirlər yazılır və sayt həmin azarkeşlərin sayta girişini bağlayır. Həmin üzdəniraq müəlliflər də şəksiz ermənilərdir və Azərbaycanlıların necə “mədəniyyətsiz və vəhşi” olmaları haqda xaricdə müəyyən obraz yaratmağa çalışırlar. Lakin bu da onlara müyəssər olmur, çünki hər il Azərbaycanda onlarla beynəlxalq forum keçirilir və iştirakçılar bizim mədəniyyətimizə heyranlıqlarını gizlətmirlər. 
Bunlara baxmayaraq müharibə davam edir.   Ekspertlərin bildirdiyinə görə, təkcə iyul ayında Rusiyanın ermənipərəst “Regnum" agentliyi Azərbaycan haqqında 68 informasiya verib. Onun 67-si Dağlıq Qarabağ məsələsi ilə bağlı birbaşa bizim əleyhimizədir. Biri isə haradasa baş vermiş barədə xəbərdir. “Eurasiadiary” saytında gedən 58 informasiyanın hamısı əleyhimizədir. Bu saytlar gecə-gündüz Azərbaycanın əleyhinə informasiya verməklə məşğuldurlar ki, bunların da başında ermənilər dayanıb. Lakin bir məsələ var ki, istər Rusiyanın, istərsə də Qərb dövlətlərinin virtual məkanında ermənilərin yaydıqları informasiyalar elə virtual xarakterdə də qalır. Azərbaycan isə ortaya real gördüyü işlərlə çıxır. Məsələn, BMT-nin növbəti 72 sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair Qətnamə layihəsi müzakirəyə çıxarılacaq. Bu, o deməkdir ki, BMT-nin üzvü olan dünyanın 193 ölkəsinin rəhbərləri bu müzakirədə iştirak hüququna malikdir. Təbii ki, Azərbaycan diplomatiyasının fəal işi sayəsində  bu yüksək tribunadan Ermənistan respublikasının təcavüzkar siması bir daha ifşa olunacaq və bütün dünyaya bu haqda müvafiq informasiya yayılacaq. Nəticə etibarilə, ermənilər daha bir məğlubiyyət alacaqlar. Düzdür, təcrübəyə əsasən demək olmaz ki, bu, onlara dərs olacaq, amma qəti demək olar ki, onların bütün cəbhə boyu məğlubiyyət seriyası davam edəcək.

N.NOVRUZ    

Sizin Reklam Yeriniz